Bakcell beynəlxalq konfransın keçirilməsinə dəstək göstərdi
17.02.20 16:50
1579
Bakcell şirkətinin sponsorluğu ilə Bakıda "Rəqəmsal
iqtisadiyyat: müasir çağırışlar və real imkanlar" mövzusunda beynəlxalq
konfrans keçirilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan
Respublikası Rabitə, Yüksək Texnologiyalar və Nəqliyyat
Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bir Yol, Bir Kəmər
Elm və Texnologiya alyansının təşkilatçılığı ilə təşkil olunan tədbirdə müxtəlif
dövlət qurumlarının, nazirliklərin, dünyanın 30-dan artıq ölkəsindən olan universitet
və elmi mərkəzləri təmsil edən yüzdən çox tanınmış alim, nüfuzlu universitetlərin
rektorları, rəqəmsal iqtisadiyyat sahəsində məşhur alimlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, iqtisadçı ekspertlər və KİV
nümayəndələri iştirak edib.
Konfransda
rəqəmsal iqtisadiyyat, rəqəmsal valyutalar, elektron ticarət, rəqəmsal
transformasiya, ağıllı şəhər və digər əlaqəli mövzular üzrə maraqlı çıxışlar,
plenar məruzələr və panel müzakirələri yer
alıb.
*** Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti
müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar
təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
8000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi
əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna
olmaqla) əhatə edir.
Bu gün Bakcell şirkəti ölkədə ən böyük və sürətli
4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini
(Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə
əhalisinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı
məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə
daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün
www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə
daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə
zəng etməklə "Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.