• cümə axşamı, 25 aprel, 09:00
  • Baku Bakı 14°C

Azərbaycanın dini məbədlərində Anım Günü tədbirləri başlayıb, şəhidlərin ruhuna dualar oxunur

27.09.21 09:32 227
Azərbaycanın dini məbədlərində Anım Günü tədbirləri başlayıb, şəhidlərin ruhuna dualar oxunur

27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimiz Azərbaycanda fəaliyyət göstərən dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur.
"Report” xəbər verir ki, Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamlığı ilə namaz qılınır, şəhidlərin ruhuna dualar oxunur, onların əziz xatirəsi ehtiramla yad edilir.
banner

Oxşar Xəbərlər