• şənbə, 27 Aprel, 06:52
  • Baku Bakı 12°C

Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir

06.08.16 09:50 1092
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə start veriləcək.
"Report"un məlumatına görə, mövsümün açılış turunun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Futbol azarkeşləri ilk olaraq AZAL - "Neftçi" oyununu izləyə biləcəklər. Ötən mövsüm mükafatçılar sırasına düşə bilməyən və Avropa Liqasının II təsnifat mərhələsində məğlubiyyətlə üzləşən "Neftçi", bu dəfə daha iddialı çıxış etmək niyyətindədir. Heyətinə bir neçə futbolçu cəlb edən "ağ-qaralar" açılış oyununda səfər qələbəsi qazanmağa çalışacaq. Son mövsümdə Avrokubok şanslarını çempionatın sonlarında qaçıran AZAL, heyətində o qədər də dəyişikliyə əl atmayıb. Komandalar ölkə çempionatları tarixində bugünədək 30 dəfə qarşılaşıb. Bu oyunların 7-si "təyyarəçilər"in, 14-ü isə "Neftçi"in qələbəsi ilə yekunlaşıb. Qalan 9 oyunda heç-heçə qeydə alınıb.
Günün son oyununda ötən mövsüm Premyer Liqada debüt etməsinə baxmayaraq çempionatı ikinci pillədə başa vuran "Zirə" Sumqayıt şəhərinin eyniadlı klubunu qəbul edəcək. Komandalar cəmi 4 dəfə bir-birinə rəqib olub. "Zirə" son 3 matçda qalib gəlib. Tərəflərin ilk görüşündə isə sülh qeydə alınıb.
Azərbaycan Premyer Liqası, I tur
18:00. AZAL – "Neftçi"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim inspektor: Asim Xudiyev
Bakı. "AZAL Arena"
20:00. "Zirə" – "Sumqayıt"
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim inspektor: Füzuli Nəcəfov
Bakı. Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun digər iki oyunu 7-8 avqustda keçiriləcək.
banner

Oxşar Xəbərlər