• cümə, 19 Aprel, 23:03
  • Baku Bakı 24°C

Azərbaycan millisi Millətlər Liqası turnirinə Lüksemburq ilə oyunla başlayacaq

04.03.20 14:00 881
Azərbaycan millisi Millətlər Liqası turnirinə Lüksemburq ilə oyunla başlayacaq
Futbol üzrə UEFA Millətlər Liqası turnirində Azərbaycan milli komandasının yer aldığı 1-ci qrupun oyunlarının təqvimi açıqlanıb.
AZƏRTACxəbər verir ki, martın 3-də Niderlandın paytaxtı Amsterdamda futbol üzrə UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Püşkə əsasən millimiz Monteneqro, Kipr və Lüksemburq yığmaları ilə qarşılaşacaq.
Millimiz ilk oyununu doğma meydanda sentyabrın 5-də Lüksemburq yığmasına qarşı keçirəcək. Üç gün sonra futbolçularımız Kipr seçməsinin qonağı olacaqlar. Oktyabrın 9-da Monteneqro millisi Azərbaycan komandasını qəbul edəcək. Üç gün sonra Azərbaycan–Kipr oyunu keçiriləcək. Noyabrın 12-də
Azərbaycan millisi Monteneqro yığmasını qəbul edəcək. Millimiz turnirin qrup mərhələsində sonuncu oyununu səfərdə Lüksemburqa qarşı keçirəcək. Matç noyabrın 15-də keçiriləcək.
banner

Oxşar Xəbərlər