AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan BMT-nin hesabatında tutduğu mövqeyinə görə regional liderdir

Azərbaycan BMT-nin hesabatında tutduğu mövqeyinə görə regional liderdir

Cəmiyyət
11 İyul 2020, 17:00 276
Cənab Prezidentin rəhbərliyi altında ölkədə formalaşmış dövlət siyasəti insanların rifahının yaxşılaşmasına, demokratik və azad cəmiyyətin qurulmasına hesablanıb. Son 17 ildə insan həyatı üçün vacib, həyat şəraitini yaxşılaşdıran geniş islahatlar həyata keçirilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, 2003-cü ildən həyata keçirilmiş Regionların sosial iqtisadi inkişafı haqqında 3 Dövlət Proqramı və 4-cü dövlət proqramının icra olunmasına başlanması ümumilikdə Azərbaycanın inkişafına gətirib: "Cənab Prezidentin siyasəti hər şey insan üçündür devizi ilə davam etdirilir. Təbii ki, biz ölkəmizn inkişafı ilə gördüyümüz işləri hər hansı beynəlxalq təşkilatında reytinq xətirinə etmirik. Bizim məqsədimiz vətəndaşın rifahının yaxşılaşdırılmasıdır. Amma bunula yanaşı Azərbaycan dünyanın bir parçası olduğundan beynəlxalq təşkilatlar ölkəmizdəki prosesləri yaxından izləyir və hesabatlarda dünya ölkələrinin reytinqi sırasına düzür. Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı- 2020” sənədində 166 ölkə arasında "davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Azərbaycan bu hesabatda tutduğu mövqeyinə görə regional liderdir. Azərbaycanın bu hesabatın 100 balından 72,6 bal toplamaqla Şərqi Avropa və Mərkəzi Asiya regionda "davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici olan 70,9 baldan yuxarıdadır. Hesabatda bir çox istiqamətlər üzrə; məsələn, gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb, hər 100 min nəfərə görə ana və körə ölümü aşağı olub, bərabərsizliyə görə Cini əmsalı 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biri olub. Son 17 ildə ölkəmizdə yenidən qurulan sosial infrastrukur, səhiyyəmizin müasirləşməsi, ölkədə mövcud olan mili təhlükəsizlik, milli həmrəylik mühiti, 2019-cu ildə icra olunan iki sosial paket insanların maddi vəziyyətini yaxşılaşdırılması istiqamətində əldə olunan uğurlarımızı beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı ölkəmizi regional liderə çevirməklə qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkəyə çevirib”.