• şənbə, 27 Aprel, 05:24
  • Baku Bakı 14°C

Azərbaycan beynəlxalq turnirə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb

09.09.21 17:51 461
Azərbaycan beynəlxalq turnirə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
Azərbaycan II MDB Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Bu barədəKaspi.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məsələ barədə MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının bu gün keçiriləcək toplantısında qərar veriləcək.
Qeyd edək ki, Birinci MDB Oyunları Rusiyanın Kazan şəhərində keçirilir. Sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparırlar.
banner

Oxşar Xəbərlər