• şənbə, 27 Aprel, 08:39
  • Baku Bakı 12°C

Avropada ən gözəl qollar arasında Azərbaycan imzası!

03.06.13 15:55 1785
Avropada ən gözəl qollar arasında Azərbaycan imzası!
İngiltərənin nüfuzlu “The Guardian” nəşri Avropada 2012-2013-cü il mövsümünün ən gözəl qollarının ilkin siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, siyahıya azərbaycanlı futbolçu Şəhriyar Əliyevin də qolu salınıb.
“Bakı” klubunun müdafiəçisi “İnter”lə Azərbaycan Kubokunun təkrar ¼ final matçının 68-ci dəqiqəsində daban zərbəsi ilə fərqlənib. Məhz bu gözəl qol sayəsində “Bakı” 2:2 hesablı heç-heçəyə nail olaraq, yarımfinala yüksəlib.
Hələlik siyahıda 30 gözəl qol yer alıb. “Guardian” nəşri oxuculardan başqa gözəl qolların videogörüntülərini göndərmələrini istəyib. Bundan sonra isə sorğu keçiriləcək və ən yaxşı qolun müəllifi müəyyənləşəcək.
Qeyd edək ki, sorğu ardıcıl 5-ci ildir keçirilir. Əvvəllər Qrafite, Bencamin Hüggel, Fredi Quarin və Miroslav Stox birinci yeri tutub.
banner

Oxşar Xəbərlər