• şənbə, 27 Aprel, 02:17
  • Baku Bakı 14°C

AVRO-2020 Rusiyada keçirilə bilər

02.11.20 23:28 610
AVRO-2020 Rusiyada keçirilə bilər

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Avropa çempionatı bir ölkədə keçirilə bilər.

Apasport.az-ın Fransanın "Le Parisien” nəşrinə istinadən məlumatına görə, turnirin Rusiyada təşkili nəzərdən keçirilən alternativlər arasındadır.

Bildirilib ki, UEFA Avropada koronavirus infeksiyası ilə əlaqədar vəziyyətin pisləşməsi səbəbindən AVRO-2020-nin yalnız Rusiyada baş tutması ssenarisini nəzərdən keçirir. Adıçəkilən ölkədə virusun digərləri ilə müqayisədə az yayılması və DÇ-2018-dən sonra lazımi infrastruktura malik olması bu variantın reallaşma ehtimalını artırır.

Qeyd edək ki, AVRO-2020-nin Bakı da daxil olmaqla qitənin 12 şəhərində keçirilməsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər