• şənbə, 27 Aprel, 07:17
  • Baku Bakı 12°C

AVRO-2020-nin favoritləri açıqlandı

24.06.21 17:23 352
AVRO-2020-nin favoritləri açıqlandı
"Opta" statistika platforması futbol üzrə Avropa çempionatının 1/8 final mərhələsinə vəsiqə qazanmış yığmaların şanslarını dəyərləndirib.
"Report"xəbər verir ki, turnirin əsas favoriti 19,6 faizlə Fransa millisi hesab olunur. Çempionluğa iddialıların siyahısında ikinci pilləni Belçika seçməsi (17,9 faiz) tutub. İlk "üçlüy"ü 12,9 faizlə İspaniya kollektivi tamamlayır.
Almaniyanın şansları 9,3 faiz qiymətləndirilir. Bu göstərici Niderland və İngiltərədə 8,5 faiz, İtaliyada 8 faiz, Portuqaliyada 5,8 faiz, Danimarkada isə 3,6 faizdir.
Ən az şans verilən yığmalar isə bunlardır: İsveç - 1,9 faiz, İsveçrə, Ukrayna - hər ikisi 1,1 faiz, Uels - 0,8 faiz, Xorvatiya - 0,5 faiz, Avstriya - 0,1 faiz.
Qeyd edək ki, AVRO-20201/8 final mərhələsinin oyunlarıiyunun 26 - 29-da keçiriləcək.
banner

Oxşar Xəbərlər