• cümə axşamı, 09 may, 02:40
  • Baku Bakı 15°C

Avro-2020: İtaliya millisi Avropa çempionatının ilk finalçısı oldu

07.07.21 09:45 242
Avro-2020: İtaliya millisi Avropa çempionatının ilk finalçısı oldu
İtaliya futbol komandası futbol üzrə Avropa Çempionatının yarımfinal matçında İspaniya millisini penaltılar seriyasında məğlub edib.
Trend-in məlumatına görə, görüş Londonun "Uembli" stadionunda keçirilib.
Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. İtaliya yığmasının heyətində qolu Federiko Kyeza (60-cı dəqiqə) vurub. İspaniya komandasından qolu Alvaro Morato (90) vurub. Penaltılar seriyasında italyanlar daha dəqiq olublar - 4:2.
Final oyunu iyulun 11-də Londonda keçiriləcək.
banner

Oxşar Xəbərlər