AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Aquero barədə sual verdilər, Messini təriflədi

Aquero barədə sual verdilər, Messini təriflədi

İdman
13 Yanvar 2020, 13:33 719
"Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola yenə də Messini tərifləyib. 
 
Kaspi.az xəbər verir ki, jurnalistlər Pepə "Siti”nin futbolçusu Sexio Aquero barədə sual veriblər. Ondan Aqueronu dünyanın ən yaxşı hücumçusu hesab edib-etmədiyini soruşublar. Qvardiola bu suala cavabında "Barselona”nın futbolçusu Lionel Messini tərifləyib: 
 
"Aquero dünyanın yaxşı hücumçusudurmu? Ən yaxşı Messidir. Aquerə ən yaxşı doqquz nömrədir??
 
Yox, ən yaxşı nömrə doqquz Messidir. Messi ən yaxşı 10 nömrə, ən yaxşı 11 nömrə, ən yaxşı 6 nömrə, ən yaxşı 4 nömrədir”.