AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Anar Kərimov: “Yeni mədəniyyət strategiyası hazırlanmalıdır”

Anar Kərimov: “Yeni mədəniyyət strategiyası hazırlanmalıdır”

Mədəniyyət
17 Sentyabr 2020, 16:22 251
"Mədəniyyət sahəsi cəmiyyətdə strateji istiqamətlərdən biridir. Mən UNESKO-da fəaliyyət göstərdiyim zaman da həm cənab Prezidentin, həm də Mehriban xanımın bu sahəyə qayğısının şahidi olmuşam”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov deyib.  
O bildirib ki, UNESKO-da işlədiyi zaman mədəniyyət məsələlərinə, yumşaq gücə dövlətlərin diqqəti və marağı yüksək olub: "Həm hərbi, həm də iqtisadi gücü olan ölkələr belə yumşaq gücə, mədəniyyət sahəsində əməkdaşlığa böyük önəm verir. Yumşaq güc vasitəsilə cəmiyyətlərin müqaviməti olmadan işlər görə bilir. İkincisi, öz mədəniyyətlərinin təbliği üçün bunu edir. Ancaq ən önəmlisi onlar yumşaq güc vasitəsilə  təsir imkanlarını artıra bilir. Biz bu sahədə fəaliyyətimizi daha da gücləndirməliyik. Yeni mədəniyyət strategiyası hazırlanmalıdır. Vəzifəyə başlayan kimi Prezident İlham Əliyevin tapşırıqlarına uyğun addımlar atmağa başlamışıq. Vəziyyətin təhlil edilməsi üzrə işlər aparılır. Mədəniyyət Nazirliyində aşkara çıxan problemlərin həlli üçün proses davam edir. Bu prosesin davamı üçün biz islahat işçi qrupu təsis etmişik. Burada yerli, xarici ekspertlər var. Xarici ekspertlər bundan əvvəl Azərbaycana səfər edən şəxslərdir. Onlar da bu İşçi Qrupa cəlb edilib”.