• cümə, 19 Aprel, 03:51
  • Baku Bakı 18°C

Amnistiya Aktı ilə azdlığa buraxılan şəxslərin sayı açıqlanıb

03.12.21 11:44 220
Amnistiya Aktı ilə azdlığa buraxılan şəxslərin sayı açıqlanıb

"Noyabrın 5-dən dekabrın 1-dək Penitensiar Xidmət üzrə 1 787 nəfərə Amnistiya Aktı tətbiq edilib".
"Report"xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki həmin şəxslərdən 34 nəfəri qadın, 2 nəfəri yetkinlik yaşına çatmayanlar və 60 nəfəri isə 60 yaşlı məhkumlardır: "Artıq 1 391 nəfər məhkum azad edilib. Onlardan 1 023 nəfər cəza çəkmə müəssisələrindən, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən evlərinə yola salınıb, 359 nəfər məhkum müalicəyə yönləndirilib, onların müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. 64 nəfər məhkumun isə cəzası 6 ay azaldılıb".
Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.
banner

Oxşar Xəbərlər