• cümə axşamı, 28 mart, 12:10
  • Baku Bakı 16°C

Adadan çıxa bilmir, dənizlə baş-başa qalıb

04.05.20 10:38 671
Adadan çıxa bilmir, dənizlə baş-başa qalıb
"Yuventus”un futbolçusu Kriştiano Ronaldo Madeyrada icarəyə götürdüyü villasından çıxa bilmir.
Kaspi.az xəbər verir ki, Ronaldo villanın qarşısında çəkdirdiyi şəkli "instaqram”da paylaşıb və belə yazıb: "Dənizin əks olunması”.
Futbolçu ailəsi ilə birlikdə adada 5 yataq otağı, hovuzu, oyun zalı olan villada qalır. O, adanı tərk etmək istəsə də, buna nail ola bilməyib.
Ronaldonun şəxsi təyyarəsi Madriddədir. Koronavirusa görə uçuşlar qadağan olunduğu üçün təyyarə Madeyraya uça bilmir. Təyyarənin pilotu bunun üçün 3 dəfə müraciət etsə də, hər dəfə "yox” cavabı alıb.
banner

Oxşar Xəbərlər