• cümə axşamı, 18 aprel, 21:25
  • Baku Bakı 21°C

7000 şagirdlə əyani qiymətləndirmə

05.03.21 17:30 1536
7000 şagirdlə əyani qiymətləndirmə
Ekspertlər milli qiymətləndirmənin ümumi vəziyyəti görmək üçün yaxşı material verəcəyi qənaətindədirlər
Ölkə üzrə milli qiymətləndirməyə start verilib. 5-12 mart tarixlərini əhatə edən milli qiymətləndirmə III, VI və VII sinif şagirdləri arasında təşkil edilib. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir. 7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunub. Təhsil Nazirliyinin məlumatına görə, qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilir. "Milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir”- deyə Təhsil Nazirliyi qeyd edir. Belə ki, bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.
Qeyd edək ki, 3-4 ildən bir təhsilin müəyyən səviyyələrindəhəyata keçirilən milli qiymətləndirmənin ümumi məqsədi ölkənin təhsil vəziyyətini müəyyənləşdirmək olsa da, müxtəlif illərdə aparılan qiymətləndirmə tədqiqatının hər biri xüsusi məqsədə malik olur.

Belə ki, milli qiymətləndirmədə istifadə olunan vasitələrin məzmunu məqsədli tədqiqat sualının qoyuluşu ilə uyğunluq təşkil edir.Əgər milli qiymətləndirmənin xüsusi məqsədi təhsilə təsir edənkonkret bir faktı öyrənməkdirsə, tədqiqat sualı da özündə bu problemi əks etdirir. Məsələn, xüsusi məqsəd şagirdlərin sosial bilik və bacarıqlarını yoxlamaqdırsa, qiymətləndirmə vasitələrində tətbiqi tapşırıqlara yer ayrılır. Şagirdin məişətdə davranışını, hesablama qabiliyyətini, texniki vasitələrdən istifadə bacarığını, fikrini ifadə edə bilməsini və ümumiyyətlə, həyati bacarıqlarını yoxlayan qiymətləndirmə vasitələri ilə təhsil standartlarına diaqnoz qoyulur və bu sahədə gələcək fəaliyyət müəyyənləşdirilir. Əgər milli qiymətləndirmənin nəticələri şagirdin riyaziyyat fənni üzrə müəyyən nəzəri biliklərə malik olmadığını və bunun əksinə olaraq, məişətdə tələb olunan zəruri bacarıqlara yiyələndiyini göstərirsə (kəsr saylarını bilməyən şagird mağazadaasanlıqla alış-veriş edə bilir), deməli, mövcud təhsil standartlarıfunksional savadı sosial biliklərdən təcrid olunmuş şəkildə tələb edir. Dünya təcrübəsində milli və beynəlxalqqiymətləndirmələrdə şagirdlərin həm funksional, həm də sosial biliklərinin tədqiqiümumi məqsəd obyekti kimi çıxış edir.
Formavəməzmunuyğunluğumilliqiymətləndirmədəistifadəolunansorğuanketlərindədəözünügöstərir.Məsələn,milli qiymətləndirmənin xüsusi məqsədi şagirdintəlimnəticələrinətəsiredənhərhansı birkonkretamiliöyrənməkdirsə məktəblərin maddi-texniki bazası və ya mühit, ailə),hazırlanansorğulardahəminproblemə yer ayrılır.
Dünyatəcrübəsinəuyğunolaraq, Azərbaycanda keçirilən hər bir milli qiymətləndirmə tədqiqatının da həm ümumi, həmdəxüsusiməqsədləriolub.
İlkmilliqiymətləndirməpilotlayihə şəklində 5-14may2003- cü il tarixlərində keçirilib. Butədqiqatınözəyindəşagirdnailiyyətlərininmilliqiymətləndirilməsisisteminin yaradılması dayanırdı.
Bəs milli qiymətləndirmə hazırkı vaxtda hansı əhəmiyyəti kəsb edəcək?

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayevanın «Kaspi” yə bildirdiyinə görə, milli qiymətləndirmə tədqiqatı təhsilin keyfiyyətinə nəzarət etmək və şagird nailiyyətlərini qiymətləndirmək üçün mütəmadi olaraq həyata keçirilir: "Bu tədqiqat şagirdlərin təlim nəticələrində zəif və güclü tərəfləri aşkar etməklə, ümumi mənimsəmə səviyyəsini və onun dinamikasını müəyyənləşdirməyə imkan verir”. Qiymətləndirmənin məhz 3-7-ci siniflər üzrə keçirilməsinə aydınlıq gətirən
Ü.Babayeva bildirir ki, milli qiymətləndirmədə 3-cü siniflər ibtidai təhsil səviyyəsini, 6 və 7-ci siniflər isə ümumi orta təhsil səviyyəsini təmsil edir: "Təbiət fənlərinin tədrisi məhz 6 və 7-ci siniflərdə başladığından tədqiqatda iştirak üçün bu siniflər seçilib”. Tədqiqatın nəticələri əsasında hazırlanacaq dəstək üsullarına gəlincə, direktor müavini qeyd edir ki, zəif mənimsənilmiş mövzular üzrə müəllimlərin təlimlərə cəlb olunması, məktəb səviyyəsində yenidən təlimatlandırma, yay məktəbləri və digər dəstək strategiyaları tətbiq edilə bilər. Ü.Babayeva qiymətləndirmənin şagirdlərdə hər hansı stress yaratma ehtimalını istisna etmir: "Milli qiymətləndirmə tədqiqat xarakteri daşısa da, şagirdlərdə stress yaratma ehtimal ola bilər. Lakin bu tədqiqat şagirdlərə bal və ya hər hansı qiymət vermək məqsədilə aparılmır və təhsil iştirakçıları mövzu barədə əvvəlcədən məlumatlandırılır. Bir daha vurğulayım ki, bu tədqiqatın məqsədi müvafiq qərarların verilməsi və təhsil siyasətinə elmi əsas təşkil etməsidir”. Milli qiymətləndirmənin gələcəkdə daha yüksək və aşağı sinifləri də əhatə etməsi istisna edilmir: "Ölkədə təhsil siyasətini müəyyənləşdirmək üçün təhsilin vəziyyəti haqqında müvafiq məlumat toplamaq, mövcud çətinlikləri aşkar etmək və prioritet istiqamətləri təyin etmək baxımından, qiymətləndirmə tədqiqatları mütəmadi olaraq aparılır. Burada müxtəlif sinif şagirdlərinin iştirakı nəzərdə tutulur”.
Təhsil eksperti Qoşqar Məhərrəmov da milli qiymətləndirmənin formativ xarakter daşıdığını bildirir. Belə ki, qiymətləndirmə nəticəni deyil, prosesi qiymətləndirir: "Qiymətləndirmə diaqnostik xarakter də daşımır. Hal-hazırda dərs prosesinin ortasında sayılırıq. Yəni nə ilin sonu deyil, nə də əvvəli, bu baxımdan proses nə summativ, nə diaqnostik qiymətləndirmə sayıla bilər. Sadəcə, ümumi vəziyyəti görmək, mövcud vəziyyətlə bağlı fikir sahibi olmaq, çatışmazlıqları müəyyən etmək üçün belə bir qiymətləndirmənin aparılması əhəmiyyət kəsb edir. Bu, şagirdlərə düzgün izah olunmalıdır. Çünki dünyada imtahanların şagirdlər üzərində stress faktoru əmələ gətirməsi tədqiqatlarla sübut olunur. Pandemiya dövründə, bəlkə də psixologiyanın daha tarım bir vəziyyətdə olduğu bir vaxtda imtahanların sayının bu qədər intensiv və sürətli şəkildə artması əslində ehtiyat olunmalı məsələdir. Ona görə müəllimlər bu qiymətləndirməni şagirdlərə təqdim edərkən bunun onların ümumi vəziyyətini görmə mahiyyətində bir imtahan olduğunu izah etməlidirlər. Bu, şagirdlər tərəfindən bir yarış və ya müsabiqə, nəyisə əldə etmə və itirmə kimi başa düşülməməlidir”.
Ekspert bildirir ki, ümumi milli qiymətləndirmələrin məqsədi mərkəzləşdirilmiş idarəetmə sistemlərində monitorinq xarakterli olur. Belə ki, daha qabaqcıl təcrübələrdə müəllimlər şagirdlərin nəbzini ölçür: "Mən qiymətləndirməni həkimin xəstəyə baş çəkməsinə bənzədirəm. Amma xəstəxanada olan başçəkmədən fərqli olaraq bu monitorinqdə mərkəzləşdirilmiş bir yanaşma var. Şagirdləri müəllimlərin qiymətləndirdiyi, məktəb mühitində olduğu zaman proses bəlkə də az stress yarada bilər”. Ekspert hesab edir ki, 7000 ə yaxın şagirdin iştirakı ilə keçiriləcək qiymətləndirmənin nəticələri "3-cü sinif və ya 6-7-ci sinif şagirdləri nə bilməlidir”- deyə şagird standartlarının müəyyən edilməsinə töhfə verəcək: "Məncə, bu siniflərin seçilməsi təhsil prosesinin ortasında olan şagird qruplarını test etməklə bərabər, onların mövcud vəziyyətini təhlil edir. Yəni məqsəd zənnimcə, prosesi qiymətləndirməkdir. Xüsusi ilə də qeyd olunan, təsadüfi yolla seçmə, şagirdlərin PİSA və TEAMS-da necə nəticə göstərəcəklərinə dair bizə bir fikir verəcək. Biz şagirdlərin vəziyyətinin hansı səviyyədə olduğunu biləcəyik”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər