Deputat Naqif Həmzəyev seçiciləri qəbul edib
326
24 yanvar 2022 | 10:45
Milli Məclisin
deputatı Naqif Həmzəyev seçiciləri ilə növbəti görüş keçirib.
Onlayn
qaydada keçirilən görüşdə millət vəkili seçicilərin arzu və təkliflərini dinləyib,
onların qayğı və problemləri ilə maraqlanıb.
Seçicilərin müraciətləri
əsasən məşğulluq, hüquqi, tibbi yardım, mənzil-məişət şəraitinin
yaxşılaşdırılması ilə bağlı olub.
Qəbul zamanı
seçiciləri ilə səmimi söhbət edən və onlarla qarşılıqlı müzakirələr aparan
Naqif Həmzəyev hər bir seçicinin qaldırdığı məsələni diqqətlə dinləyib, həlli
mümkün olan məsələlərlə bağlı operativ tədbirlərin görülməsini təmin edib, bəzi
məsələlər yerindəcə həllini tapıb.
Görüşdə mövcud
problemlərinin aradan qaldırılması istiqamətlərində aidiyyatı qurumları ilə
birgə müvafiq tədbirlərin görüləcəyi ilə bağlı seçicilər məlumatlandırılıb.