• şənbə, 20 Aprel, 04:48
  • Baku Bakı 15°C

10 647 hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

24.06.21 14:37 712
10 647 hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib
Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 647 hərbi qulluqçusu "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Təltif edilənlərin 1-i general-mayor, 11-i polkovnikdir.
banner

Oxşar Xəbərlər