• çərşənbə axşamı, 19 mart, 09:58
  • Baku Bakı 8°C

Avstriyadakı Azərbaycan Evində Novruz bayramı qeyd olunub

21.03.23 15:38 1318
Avstriyadakı Azərbaycan Evində Novruz bayramı qeyd olunub

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Novruz bayramı münasibətilə tədbir keçirilib. “Kaspi”nin tədbirdə iştirak edən əməkdaşı xəbər verir ki, burada yaşayan azərbaycanlılar, türk iş adamları, yerli qonaqlar və azərbaycanlı media nümayəndələrinin iştirak etdiyi bayram tədbirinə milli şirniyyatlar və yeməklərimizdən ibarət rəngarəng Novruz süfrəsi, Azərbaycan musiqiləri xoş ovqat qatıb.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov tədbirdə çıxış edərək Novruz bayramı münasibətilə hamını təbrik edib: "Novruz qədim bayramımızdır. Yazın gəlişi, torpağın oyanması deməkdir. Novruz bütün Türk dünyasının bayramıdır. Azərbaycan xalqı və dünyada yaşayan soydaşlarımız bu bayramı həmişə böyük şövqlə qeyd edirlər. Şükür ki, artıq torpaqlarımız ermənilərin işğalından azad olunub. Tarixi Qarabağ zəfəri bu gün o torpaqlara da bayram əhval-ruhiyyəsi bəxş edib. Hər yerdə Novruz tonqalı qalanır, bayram süfrəsi açılır. Torpaqlarımızın azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin ruhunu ehtiramla anırıq".  F.Əzizov qeyd edib ki, rəhbərlik etdiyi Azərbaycan Evi bütün tarixi günlərdə və əlamətdar bayramlarda Zalsburqda yaşayan azərbaycanlıları bir ocaq kimi bir yerə toplayır: "Azərbaycan Evində heç kəs qonaq deyil. Bura hamının doğma evidir".

Tədbir iştirakçıları da Novruz bayramını Zəfər ruhu ilə qeyd etməkdən böyük qürur duyduqlarınl bildirib və Azərbaycan xalqını təbrik ediblər.

Tədbir maraqlı bədii proqramla davam edib.

banner

Oxşar Xəbərlər