• çərşənbə axşamı, 16 aprel, 09:40
  • Baku Bakı 14°C

Avropa İttifaqı: “Azərbaycana qarşı sanksiyalar olmayacaq”

31.01.23 18:00 720
Avropa İttifaqı: “Azərbaycana qarşı sanksiyalar olmayacaq”

“Avropa İttifaqı Laçın dəhlizi ətrafında yaranmış vəziyyətlə bağlı sanksiyalar mexanizmini nəzərdən keçirmir”.

Bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Avropa Parlamentinin deputatı Asita Kankonun rəsmi sorğusuna cavabında bildirib.

J.Borrel bildirib ki, Avropa İttifaqının səyləri məsələnin dialoq yolu ilə həllinin tapılmasına yönəlib, Azərbaycan və Ermənistan liderləri də öz növbəsində bu dialoqa sadiq olduqlarını ifadə ediblər.

J.Borrell əlavə edib ki, o, hər iki ölkənin xarici işlər nazirləri ilə daimi təmasdadır.

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da tərəflərlə daimi təmasdadır”, - deyə Josep Borrel vurğulayıb.

banner

Oxşar Xəbərlər