• cümə, 29 Mart, 14:05
  • Baku Bakı 14°C

Argentina Prezidenti ölkəsinin Ukraynaya silah vermək niyyətində olmadığını bildirib

29.01.23 13:00 739
Argentina Prezidenti ölkəsinin Ukraynaya silah vermək niyyətində olmadığını bildirib

 Latın Amerikası ölkələri Ukraynaya silah tədarük etməyi planlaşdırmır.

“Report” “Interfax”a istinadən xəbər verir ki, bu barədə Argentina Prezidenti Alberto Fernandes bildirib. Argentinada səfərdə olan Almaniya kansleri Olaf Şoltsla görüşdən sonra keçirilən mətbuat konfransında o, ölkəsinin münaqişə bölgələrinə silah çatdırmayacağını açıqlayıb: “Argentina və Latın Amerikası Ukraynaya və ya başqa münaqişə zonasına silah göndərməyi planlaşdırmır”.

Xatırladaq ki, bu həftənin əvvəlində Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Qərb müttəfiqlərinin Kiyevə tədarük edəcəyini vəd etdiyi Ukraynaya tank sursatlarının göndərilməsi ilə bağlı Berlinin xahişini qəbul etməyib.

banner

Oxşar Xəbərlər