• cümə, 29 Mart, 15:56
  • Baku Bakı 14°C

Almaniya səfiri: "Azərbaycan səfirliyinə ölümcül hücum xəbərindən sarsıldıq"

27.01.23 13:15 457
Almaniya səfiri: "Azərbaycan səfirliyinə ölümcül hücum xəbərindən sarsıldıq"

“Biz Azərbaycanın İrandakı səfirliyinə edilən ölümcül hücum xəbərindən sarsıldıq və hər cür zorakılığı pisləyirik".

Kaspi.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviterdə yazıb.

“Düşüncələrimiz və dualarımız qurbanların ailələrilədir”, - o bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

banner

Oxşar Xəbərlər