• cümə, 19 Aprel, 04:05
  • Baku Bakı 18°C

Ali Məhkəmə Azərbaycanda tutulan 4 erməni hərbçinin cəzasını azaldıb, onlar azadlığa buraxılıb

08.09.22 17:55 2275
Ali Məhkəmə Azərbaycanda tutulan 4 erməni hərbçinin cəzasını azaldıb, onlar azadlığa buraxılıb

Azərbaycan Ali Məhkəməsi Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində olmuş 4 şəxsin barəsində olan kassasiya şikayəti üzrə məhkəmə prosesləri keçirilib.

"Report"un xəbərinə görə, şikayətlərə hakim Nazim Mövsümov və İlkin Rəcəbovun sədrliyi ilə baxılıb.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı ilə məhkumlara aid hissə dəyişdirilib.

Belə ki, həmin şəxslərə 1 il 8 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Beləliklə, onların həbs cəzası bitmiş sayılıb. Onlar dərhal cəzaçəkmə müəssisəsindən azad edilib.

Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş antiterror əməliyyatı nəticəsində tərksilah edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onlar 6 il müddətinə azadlıqdan məhrum edilib.

banner

Oxşar Xəbərlər