• cümə, 29 Mart, 08:47
  • Baku Bakı 5°C

Aİ Rusiya və Belarusa xəbərdarlıq edib: "Sanksiyalarla cavab verəcəyik"

26.03.23 18:00 476
Aİ Rusiya və Belarusa xəbərdarlıq edib: "Sanksiyalarla cavab verəcəyik"

“Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarı eskalasiya və Avropanın təhlükəsizliyinə təhdid deməkdir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel tviterdə yazıb. O bildirib ki, bu, Belarusun öz seçimidir: “Minsk bunun qarşısını ala bilər”.

J.Borel, həmçinin vurğulayıb ki, Aİ buna növbəti sanksiyalarla cavab verməyə hazırdır. Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.

banner

Oxşar Xəbərlər