Abşeronda otluq və qamışlıq ərazidə yanğın olub
Abşeronda otluq və qamışlıq ərazidə yanğın olub.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Xırdalan şəhərində otluq və qamışlıq ərazidə baş verən yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.