• cümə, 29 Mart, 16:35
  • Baku Bakı 14°C

ABŞ və Hindistan BMT TŞ-ın modernləşdirilməsinə çağırıb

28.09.22 09:45 666
ABŞ və Hindistan BMT TŞ-ın modernləşdirilməsinə çağırıb

ABŞ və Hindistan BMT Təhlükəsizlik Şurasının (TŞ) daha inklüziv quruma çevrilərək modernləşdirilməsinin tərəfdarıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Dövlət Departamentində Hindistan Xarici İşlər Nazirliyinin Lavası Subrahmanyam Caişankar ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Üzləşdiyimiz problemləri həll etmək üçün BMT üzvləri nəinki Nizamnaməyə əməl etməli, eləcə də Təhlükəsizlik Şurasının inklüzivlik səviyyəsini artırmaqla institutu müasirləşdirməlidirlər”, - Blinken qeyd edib.

banner

Oxşar Xəbərlər