• şənbə, 20 Aprel, 11:31
  • Baku Bakı 14°C

ABŞ Ukraynaya əlavə dörd HIMARS tədarük edə bilər

04.10.22 09:45 650
ABŞ Ukraynaya əlavə dörd HIMARS tədarük edə bilər

ABŞ Ukraynaya əlavə dörd HIMARS tədarük edə bilər ABŞ 625 milyon dollarlıq yeni hərbi yardım paketinə Ukraynaya daha dörd HIMARS reaktiv yaylım atəşi sisteminin tədarükünü daxil edə bilər.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən yazıb. “Reuters” agentliyi isə bildirib ki, elan ediləcək yeni hərbi yardım paketinə HIMARS-dan əlavə döyüş sursatı, minalar və mina əleyhinə maşınlar daxil edilməlidir.

HIMARS yüksək mobil artilleriya raket atəş sistemidir. Sistem 227 mm-lik GPS ilə idarəolunan raketlər və ya bir ATACMS ballistik raket buraxa bilir. Modifikasiyadan asılı olaraq 300 km-ə qədər məsafədəki hədəfləri vurur.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya ümumi yardımı Cozef Baydenin prezidentliyi başlayandan bəri 6,9 milyard dollara çatıb.

banner

Oxşar Xəbərlər