• çərşənbə, 24 Aprel, 19:09
  • Baku Bakı 23°C

ABŞ institutu: “Ağ ev bu gün “Abrams M1” tanklarının Ukraynaya tədarükünü elan edə bilər”

25.01.23 11:45 485
ABŞ institutu: “Ağ ev bu gün “Abrams M1” tanklarının Ukraynaya tədarükünü elan edə bilər”

“ABŞ bu gün, yanvarın 25-də “Abrams M1” tanklarının Ukraynaya tədarükünü elan edə bilər”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Cozef Bayden yanvarın 24-də buna hazır olduğunu açıqlayıb: “Polşa, çox güman ki, Ukraynaya “Leopard 2” tanklarını göndərəcək. Böyük Britaniya rəsmiləri isə yanvarın 16-da Ukraynaya “Challenger 2” tanklarının göndəriləcəyini təsdiqləyiblər. Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya “Leclerc” tanklarını göndərməsi ehtimalını istisna etmir”.

ABŞ analitiklərinin fikrincə, Qərb dövlətlərinin Ukraynaya tank tədarükü bu dövlətə Rusiya hərbçilərini məğlubiyyətə uğratmağa kömək edəcək: “Ukraynanın Ali Baş Komandanı Valeri Zalujnı əvvəllər bildirmişdi ki, əks-hücum əməliyyatları üçün 33 müasir döyüş tankı lazımdır”.

Məlumata görə, Rusiya hakimiyyəti etnik azlıqları Ukraynada döyüşməyə səfərbər etmək üçün səylərini artırıb: “Ukrayna mənbələri işğal edilmiş Krımda gizli səfərbərliyin davam etdirildiyini söyləyirlər. Məlumata görə, Rusiyanın müdafiə sənayesi bazaları PUA və sursat istehsalını artırıb. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, bunun Rusiyanın silah tədarükünün tükənməsi ilə əlaqəsi yoxdur”.

banner

Oxşar Xəbərlər