• cümə axşamı, 28 mart, 14:59
  • Baku Bakı 16°C

ABŞ hücuma məruz qalacağı halda İsveç və Finlandiyaya kömək edəcək

15.05.22 16:20 983
ABŞ hücuma məruz qalacağı halda İsveç və Finlandiyaya kömək edəcək

 ABŞ İsveç və Finlandiyaya NATO-ya daxil olmamışdan əvvəl hücuma məruz qalacağı təqdirdə hərbi dəstək verəcək. "Report" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi BBC-yə açıqlamasında deyib.

"Əgər onların ərizələrinə baxılarkən və NATO-ya daxil olmaq prosesi zamanı hər hansı hərbi dəstəyə ehtiyacları varsa, bizim hər iki ölkə ilə münasibətlərimiz onlara əlavə dəstək göstərməyə imkan verəcək", - Kirbi bildirib. Onun sözlərinə görə, Vaşinqton Rusiyanın bəyanatlarından narahatdır, çünki öz ölkələrinin taleyini yalnız İsveç və Finlandiya xalqları özləri müəyyən etməlidirlər. Xatırladaq ki, Finlandiya bu gün NATO-ya üzvlüklə bağlı rəsmi qərarını elan edib. Yaxın bir neçə saat ərzində parlament tərəfindən təsdiqlənməlidir. İsveç mətbuatının məlumatına görə, Stokholm ərizəsini mayın 17-də təqdim edəcək.

banner

Oxşar Xəbərlər