• şənbə, 27 Aprel, 07:47
  • Baku Bakı 12°C

Zidan “Yuve” ilə oyunun fasiləsində futbolçulara nə deyib?

07.07.17 13:35 1108
Zidan “Yuve” ilə oyunun fasiləsində futbolçulara nə deyib?
"Real”ın futbolçusu Marselo Junior Çempionlar Liqasının finalında "Yuventus”la keçirilən oyun barədə danışıb.
Kaspi.az xəbər verir ki, Marselo qarşılaşmanın fasiləsində "Real”ın baş məşqçisi Zinəddin Zidanın futbolçulara verdiyi tapşırıqlar barədə də danışıb:
"Əvvəlcə onu deyim ki, oyunun ilk hissəsində "Yuventus” dominantlıq etmirdi. Meydanda bərabər mübarizə gedirdi. Biz hesabı açdıq, sonra rəqib bərabərlik qolunu vurdu. Bu qol da onları eyforiyaya saldı.
Fasilədə Zidan bizə dedi ki, topa daha çox nəzarət etməklə, rəqib üzərində üstünlük qazanmaq lazımdı. O, İskoya tapşırdı ki, sol cinahda daha çox görünsün və mənə kömək etsin. Bununla da mərkəzdə Modriçin sərbəst hərəkət etməsi üçün boş zona yaratmağımızı istəyirdi”.
"Real” Çempionlar Liqasının finalında "Yuventus”a 4:1 hesabı ilə qalib gəlib.
banner

Oxşar Xəbərlər