• şənbə, 27 Aprel, 02:53
  • Baku Bakı 14°C

Zidan deyir ki, simamızı göstərdik

15.02.18 10:20 854
Zidan deyir ki, simamızı göstərdik
"Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında PSJ ilə keçirilən ilk oyundan (3:1) sonra fikirlərini bildirib.
Kaspi.az xəbər verir ki, Zidan cütün taleyinin həll olunmadığını deyib. O, komandasının oyunundan razı qaldığını da vurğulayıb:
"Mübarizə bitməyib. Hələ 90 dəqiqə, bəlkə də daha çox mübarizə aparmalı olacağıq. Bilirik ki, asan olmayacaq.
Nəticədən razıyıq. Komanda əla oyunla öz simasını göstərdi. Azarkeşlərimiz isə həmişə bizimlədir.
Bu, "Real” üçün çox çətin və vacib qarşılaşma idi. İlk dəqiqələrdən yaxşı oynamağı bacardıq”.
banner

Oxşar Xəbərlər