AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Zəng

Zəng

08 Fevral 2016, 10:39 1181
Hal-hazırda universitet məzunlarına iş tapmaq onların ərazi koordinatoru üçün öhdəçilik olub. Bu il mənim dörd məzunum vardı. Əvvəlki illərdə olduğu kimi mən yenə də keçmiş sinif yoldaşlarıma, dostlarıma və tanışlarıma zəmanət məktubları göndərib məzunların bacarıqları və maraqları haqda yazdım.
Xoşbəxtlikdən rekomendasiya göndərdiyim sinif yoldaşlarım, dost-tanışlarım bir-birinin ardınca məktubuma cavab yazdılar. Onları işlədiyi universitetlər, elmi institutlar, xəstəxanalar, şirkətlər bizim məzunları işə götürməyə hazır idi.
Əmin olmaq üçün məzunlar da bir neçə il əvvəlki məzunlar kimi hərəkət etdilər. Onlar gileylənirdilər ki, bu təşkilatların heç biri onları işə çağırmır. Düzünü desək, iş axtarmaq qohumluğu inkişaf etdirmək kimi bir şeydir. Bu vaxt başqaları heç nə edə bilmir, yalnız fikirlərini söyləyirlər. İldən-ilə məzunlar iş tapmağın çətinliyindən şikayət edir, hər gün mənim yanıma toplaşıb öz problemlərini bölüşürlər. Onların məsləhətçisi kimi mən onların probleminə daşürəkli kimi yanaşmıram, əlimi əlimin üstünə qoyub vaxt itirmirəm. Mən tanıdığım hər kəsə ya email göndərirəm, ya da zəng edib məzunlar üçün iş axtarıram.
Hər halda, nəticələr həmişə eyni olur. Məzunlar aşağı yerlərdəki işlərə həqarətlə baxır. Onlar daha yüksək maaş verən şirkətlər axtarırlar.
Yenə də həmişə olduğu kimi builki dörd məzun da onlara təklif etdiyimiz maaşlı işləri rədd etdilər.
Məzunlardan ikisi xarici şirkətlər də işləməyə getdi, biri təhlükəsizik şirkətinə getdi, Jia familiyalı məzun isə dövlət qulluqçusu olmağı qərara aldı. İbtidai məktəbdən başlayaraq bu Jia həmişə tələbə rəhbəri olmuşdu. O, universitetdə də tələbə gənclərin rəhbəri idi, tələbə cəmiyyətlərində həmişə iştirak edirdi. Bir sözlə, onun siyasi ambisiyaları vardı. Dövlət qulluqçusu olmaq həmişə onun arzusu olmuşdu, mən də onu bu işə həvəsləndirirdim. Hətta əyalətdə hökumət işində olan keçmiş sinif yoldaşıma onunla bağlı məktub da yazmışdım.
Jia dövlət qulluqçuları üçün tələb edilən imtahanı verib, mərkəzi hökumətdə aktivist postuna ərizə verdi.
O, mənə dedi ki, bu vəzifə üçün çox adam ərizə verib, deməli, müsabiqə çətin olacaq. Deyirdi ki, yazılı testdən və müsahibədən keçmək çətin olacaq, ona görə də başqa metodlardan istifadə etmək lazmdır. O bir siyahı tutdu, həmin yerə ərizə verənlərin adlarını yazdı. Hamısı yüksək vəzifəli şəxslərin ya da zənginlərin övladları idi. Mən ona məsləhət gördüm ki, belə şeylərə çox da fikir verməsin və əgər işə qəbul olunmasa o işi biryolluq unutsun. Ancaq o mənim məsləhətimə əməl etmədi, elə yalvarırdı ki, dost-tanışlarımla əlaqələrimdən istifadə edib onun müsahibədən keçməsinə kömək edim. Onun yalvarışlarına dözmədim, könülsüz də olsa onun “ təkərlərini yağlamağa” razılaşdım. Faktiki olaraq, mən ondan müsahibə götürəcək adamların heç birini tanımırdım, ya da ona görə bu adamlara zəng etməzdim.
Yazılı imtahanı verən kimi o gəlib məndən soruşdu:
- Cənab, siz onlara zəng etmisiniz?
Mən səbirsizlikə cavab verdim:
- Arxayın ol!
Onun üzü sevincdən işıqlandı, öz-özünə donquldandı:
- Aha! Fantastik!
Bir neçə gün sonra yazılı imtahanın nəticələri çap olundu və Jia, həqiqətən də, müsahibə mərhələsinə keçdi, seçilmiş otuz müsahibdən biri oldu.
O yenə də mənim yanıma gəlir, ümid edirdi ki, mən ona kömək əlimi uzadacam, çünki öyrənmişdi ki, sonda iddiaçılardan yalnız ikisi qəbul ediləcək. Onu da öyrənmişdi ki, bütün iddiaçıların “pərdəarxası dəstəkləri” var. Bu vaxt mən də bir az həvəsdən düşdüm, birmənalı olaraq ona dedim ki, tam nənə arxayın olmasın.
Düzünü desəm, ona kömək edə biləcək elə güclü tanışım da yox idi. Jia məndən bu sözləri eşidəndə sifəti dəyişdi, sözlərim ona ciddi təsir etmişdi. O, yenə də yalvarmağa başladı:
- Cənab, bütün həyatım yalnız sizdən asılıdır. Bu işdə manevr etmək üçün siz çıxış yolu tapa bilərsiniz. Qarşınızda diz çökürəm!
Başqa yolum olmadığından lovğa-lovğa dedim:
- Yaxşı, görüm sənə necə kömək edə bilərəm!
Ancaq mənə gün kimi aydın idi ki, ona heç bir kömək edə bilmərəm. Ondan müsahibə götürənlərlə əlaqəm yoxdur, olsa da onlara ağız açmazdım.
İki həftədən sonra Jia sevincək otağıma gəldi. Əlində tütün və şərab vardı. O işə qəbul edildiyini deyəndə az qala ekstaza gəlirdi. Həyəcandan danışanda kəkələyirdi:
- Sizə çox minnətdaram, cənab! Mənə etdiyiniz köməyin müqabilində deməyə yaxşı söz tapmıram! Sanki sehrli çubuğunuz var, sizin “zənglər” mənim həyatımı dəyişdi. Axır ki, işə qəbul olundum.
Mən də pörtdüm, ancaq ona tam səmimi dedim:
- Təbriklər! Ancaq düzünü bilmək istəsən mən heç kimə zəng etməmişdim.
- Yəqin siz zarafat edirsiniz, cənab! Axı bu necə ola bilər? Siz tələbələrə təmənnasız kömək edib bunu gizlədirsiniz. Bilirəm ki, siz zəng etmisiniz! Əgər zənglər olmasaydı mənim işə qəbul olmağım qeyri-mümkün idi! Mən buna tam əminəm.
Jia bu sözləri elə hey təkrar edirdi. Bu vaxta kimi o hələ də mənə zəng edib minnətdarlığını bildirir.

Sual

İyirmi ildən sonra ilk dəfə olaraq bitirdiyim universitetə qayıdanda hətta şəhərciyin bitkiləri də iyirmi il əvvəlin tənbəl tələbəsinə sakitcə gülürdülər.
Universitetin təmir olunmuş girişində dayanıb doğma universitetimin dəyişikliyinə baxıb dərindən köks ötürdüm. Fəlsəfə kafedrası kiçik binadan çoxmərtəbəli binaya köçürülmüşdü, qapıçı mənə belə dedi. Məncə, bu qapıçı biz tələbə olanda qapıçı işləyən kişinin oğludur, belə güman etdim. Bir-birinə çox oxşayırdılar, yəqin ki, o qoca qapıçı ötüb keçən illərin əlindən canını sağ qurtara bilməyib.
Bundan başqa demək olar ki, şəhərcikdə heç nə dəyişməmişdi. Bütün bunlar əvvəlki kimi köhnə idi, ciddi maliyyəyə ehtiyacı vardı. Bu yeniyetmə qızlar gündə bir don dəyişsə də universitet əvvəlki formada idi. Möhkəm təməlli, ləyaqətli.
Bu sinif otaqlarında işlətdiyim ən gözəl ifadələri yada salmaq istədim.
O vaxtlar mən fəlsəfə fakültəsinə heç bir səbəb olmadan qəbul edilmişdim, mənim o biri otuz tələbə yoldaşlarım da mənim kimi. O biri tələbələrin çox fəlsəfənin anlaşılmazlığı, mücərrədliyi içində qalıb sıxılırdılar. Gözləri quzğun gözlərinə oxşayırdı.
Dörd il bizə elə gəlirdi ki, dözülməz dərəcədə uzadılırdı. Universiteti bitirməyə az qalmış iki tələbəyə şizofrenik diaqnozu qoyuldu, ikisi kəndə qayıdıb heyvandarlıqla məşğul olmağı üstün tutdu. Başqa üç tələbə isə hər gün başqa sinif otaqlarına gedib girirdilər. (universitetdən qovulana qədər onlar ya mühasibat ya da jurnalistika fakültəsinin otaqlarına getdilər). Buna görə universiteti bitirəndə bizə elə gəldi ki, biz ya təqaüdə çıxmışıq, ya da həbsdən azad edilmişik.
Buraxılış mərasimində kafedranın rəhbəri bu fakültədə tələbələri həyəcanlandıran və onları incidən məqamlara da toxundu:
- Əgər fəlsəfə olmasaydı onda dünya necə olardı?
Tələbələrin çoxu kövrəldi. Neçə illər ərzində tələbələr bu ehtimalın praktikaya tətbiq edilməsinə nə qədər ümid etmişdilər! Müəllimlərin də bir neçəsi kövrəldi - bu şərti sualın cavabından onların yaşayış şəraiti asılı idi. Əgər fəlsəfə olmasaydı, onda onların da dünyası mövcud olmazdı. Onda onlar məntiq əleyhinə hücum edər, ya da bu nəticəyə gələrdilər.
Bütün fəlsəfə, xüsusilə də müasir fəlsəfənin əsas fundamental sualı fikir və varlıq arasındakı əlaqə haqda olan sualdır. Hətta ən küt tələbələr də bu şüara bənzər sual barədə debat edə bilərdilər.
Universiteti bitirmək ərəfəsində “fikir və varlıq arasındakı əlaqə” ən görkəmli çağırış oldu mənimçün. Bu suala cavabdan asılı olaraq bizi materialist və idealist olmaqla iki sinfə ayırdılar. Yaşamaq uğrunda mübarizə aparmaq üçün tələbələrin çoxu bu sualın cavabını“ fikir” demişdilər.
Sonralar mən özüm pul qazanmaq xatirinə öz xərcimlə səyahət etdim, bəzi malları alıb satırdım. Sonra ticarətçi oldum. Bu yolla mən yaşmaq üçün materiyabazamı gücləndirdim. Ancaq necə deyərlər “fəlsəfə olmasaydı dünya necə olardı? “sualı hələ də mənimçün tapmaca idi.
Mən fakültənin binasına daxil olanda orda gördüyüm bütün sifətlər mənə yad idi. Mənim universitetdə işləyən bir tələbə yoldaşımın hara yoxa çıxmasını soruşdum. Cavab məni şoka saldı:
- O çoxdan ölüb.
- Ölüb? Nə baş verib? - soruşdum.
- O qara ciyərin serozundan ölüb.
Mən qorxa-qorxa soruşdum:
- Bəs X müəllim necə, o da ölüb?
- Sözlərinizə fikir verin, o çox yaxşıdır, sizin necə diliniz gəlir onu lənətləyəsiniz?
- Ah, üzr istəyirəm, - dedim, sanki beynimdən ağır yük götürüldü.
- Deyin görüm, o hələ də bu fakültədə dərs deyir?
- Bəli, ancaq siz onu universitetdə tapa bilməzsiniz, heç biz də onu tapa bilmirik. Çünki o universitetdən kənarda bizneslə məşğuldur. Cədvəldə dərsi olanda gəlib dərsini keçir, sonra yoxa çıxır.
Mən heç bir məqsəd olmadan şəhərciyi dolaşmağa başladım. Hələ də beynimdə həmin tapmaca vardı: “Fəlsəfə olmasaydı dünya necə olardı?”
Bu vaxt universitetin bütün tələbələri gəlib tələsik yanımdan keçdilər və tədris korpusuna getdilər. Həmin gün ya üçüncü, ya da dördüncü dərs idi. Ancaq bu tələbələr bizim dövrün tələbələri kimi görünmürdü, ya da yəqin ki, onlar başqa fakültənin tələbələri idi. Onların geyimi də bizim geyimdən daha qəşəng idi.
Elmi Fəallıq Mərkəzinin qapısı üstündən bir bayraq asılmışdı. Üstündə bu sözlər yazılmışdı: “Fəlsəfə nədir? – Yeni Əsr beynəlxalq Forumu”.
Şübhə içində zala addımladım. Universitetdə bir qaydadır ki, belə tədbirlərdə istəyən hər bir kəs iştirak edə bilər. Forum iştirakçıları maraqla danışırdılar, ancaq onların dedikləri diqqətimi cəlb etmirdi.
Mənim fikrim tribunada idi. Bəzi sifətlər tanış idi, onlar mənim də müəllimlərim olmuşdu. Bəziləri maraqla qulaq asırdılar, bəziləri isə gözlərini yumub fikrə getmişdilər. Hətta mənim keçmiş baş müəllimim xoruldayırdı. Mən zalı tərk etmək istəyəndə kimsə əlini çiynimə qoydu. Aman allah, bu ki, mənim universitetdə işləyən başqa tələbə yoldaşım idi!
O danışmağa macal tapmamış mən ona macal vermirdim, sualımı onun üstünə yağdırdım:
- İyirmi il keçib, hələ də sizin tələbələr “fəlsəfə nədir kələfini aça bilməyiblər?
- Biz bu mövzuda tez-tez danışırıq, gələcəkdə də bu sualı müzakirə edəcəyik. Hələ bundan sonra yüz il bu sualı verəcəklər.
Mən həyəcanlandım, onun qıcıqlandırmaq istədim.
- Baş açmıram, əgər sən özün də fəlsəfənin nə olduğunu bilmirsənsə hansı cürətlə tələbələrə dərs keçirsən? Bu ki, məsuliyyətsizlikdir! Mən fəlsəfəni iyirmi il əvvəl öyrənmişəm. Ancaq iyirmi il sonra sizin tələbələr yenə də “fəlsəfə nədir?” sualını müzakirə edirlər. Yoxsa bu bir şit zarafatdır? Mən itirdiklərim üçün kompensasiya tələb edirəm.
- Ağır tələbə həyatı yaşasan da sən cansıxıcısan. İndi fəlsəfə sahəsində dosent olan keçmiş tələbə yoldaşım məni iyirmi il əvvələ apardı.
- De görək, fəlsəfə olmasaydı dünya necə olardı? - ona sual verdim.
- Heç nə, heç nə dəyişməzdi. - o soyuqqanlıqla cavab verdi

İngilis dilindən tərcümə edən: Sevil Gültən