Zəhmət, ölüm və naxoşluq
Cənubi Amerikanın hind
tayfasının içində belə bir rəvayət var: Allah-taala əvvəl insanı o yolda xəlq
eləmişdi ki, heç bir kəsin yeməyə, içməyə, libasa və evə ehtiyacı yox idi. Belə
ki, nə zəhmət çəkmək lazım idi, nə bir şeyin fikrini eləmək. Və bununla bərabər
insan yüz il ömür eləyib heç bir mərəzə mübtəla olmazdı.
Bir qədər keçəndən sonra xaliqi-aləm istədi məxluquna baxıb görsün nə tövr zindəganlıq edirlər və gördü ki, adamlar dünyanın ləzzətini aparmaq əvəzinə bir-birilə qovğa, mərəkə salıb dünyanı özlərinə təngə eləmişlər və öz zindəganlıqlarına nifrin oxuyurlar.
Bunu görüb Allah-taala buyurdu: "Bunun səbəbi odur ki, hər kəs özü üçün zindəganlıq edir”
Lev Tolstoy
Tərcümə edən: Cəlil Məmmədquluzadə
Bir qədər keçəndən sonra xaliqi-aləm istədi məxluquna baxıb görsün nə tövr zindəganlıq edirlər və gördü ki, adamlar dünyanın ləzzətini aparmaq əvəzinə bir-birilə qovğa, mərəkə salıb dünyanı özlərinə təngə eləmişlər və öz zindəganlıqlarına nifrin oxuyurlar.
Bunu görüb Allah-taala buyurdu: "Bunun səbəbi odur ki, hər kəs özü üçün zindəganlıq edir”
Bunun çarəsini görməkdən ötrü
pərvərdigari-aləm aclıq və üşümək xəlq elədi ki, insan məcbur olsun paltar və
ev qeydi çəkməyə, ziraətə, çörək, meyvə və filan hasilə gətirməyə.
Xudavəndi-aləm bu tövr fikir elədi: "Zəhmət bəni-növi-bəşəri müttəfiq elər,
biri-birinə calar”; o səbəbə ki, adam təkbaşına nə ağac bıçqılamaq bacarır və
nə ev tikə bilir, nə alət və əsbab yapa bilir və nə də toxum səpmək, taxıl
biçmək, bir şey toxuyub tikmək bacarır. Aşkardır ki, bir işi bitirməkdən ötrü
cəmiyyət nə qədər çox olsa, o qədər artıq olar onların zəhmətinin səmərəsi.
Habelə onların zəhməti o qədər ağır olmaz və özləri müttəfiq olarlar.
Bir qədər vaxt keçəndən sonra
genə xaliqi-aləm istədi yaratdığı məxluqa nəzər salıb görsün ki, necə
zindəganlıq edirlər və gördü ki, adamların bir-biri ilə rəftarı irəlikindən
dəxi də pis, fənadır. Çünki onlar hərçənd cəmiyyət ilə zəhmət çəkirdilər, amma
dəstə-dəstə olmuşdular və hər dəstə səy edirdi o biri dəstə gördüyü işə mane
olub, qoymasın onun işi hüsni-nəticə bağışlasın. Ya bəlkə çalışırdı bu dəstə
çəkdiyi zəhmətin səmərəsini qəsb eləsin. Nəticədə o olurdu ki, hamı üçün pis və
fəna keçirdi. Məxluqun bu tövr rəftarını
xoşlamayıb xudavəndi-aləm belə qərar qoydu ki, insanın əcəlinin yetişməyini nə
özü və nə özgəsi bilə bilməsin, hər bir nəfər hər anda özündən ötrü ölümü
gözətliyə bilsin. Bu qərardadı Allah-taala məxluqa xəbər verib güman elədi ki,
dəxi insan ölümü hər dəqiqə nəzərdə tutub etibarsız zindəganlıqdan ötrü
bir-birilə qovğa eləməz və biri-birinin gününü qara eləməz.
Amma belə olmadı. Xaliqi-aləm
insana tamaşa edib gördü ki, məxluqun bir-birilə rəftarı irəlikindən dəxi də
pis və fəna olub. Səbəbi budur ki, qüvvətli adamlar başlamışlar zəiflərin
bəzisini öldürməyə və bəzisini öldürmək ilə qorxutmağa. Axırda belə oldu ki,
güclü adamlar və bunların varisləri işsiz qalıb qəmə və qüssəyə mübtəla
oldular, amma zəiflər həddən artıq zəhmət çəkib dinclik və rahatlığa həsrət
qalıb narazı və qəmgin oldular. Pəs, qüvvətlilər bir-birinə düşmən gözü ilə
baxıb, hər ikisi irəlikindən də dəxi bədbəxt oldular.
Əhvalı bu minval üzrə görüb
Allah-taala naxoşluq xəlq etdi və xəyal elədi ki, qüvvətli adamlar zəifləri
naxoş görüb və onlara rəhm eləyib kömək elərlər ki, qüvvətlilər özləri də naxoş
olan vaxt zəiflər onlara kömək eləsinlər.
Amma bundan sonra məxluqun
zindəganlığı dəxi də yaman oldu. Çünki qüvvətli adamlar naxoş vaxt zəifləri
cəbrən vadar edirdilər özlərinə mütəvəcceh olsunlar, amma özləri naxoşa kömək
eləmirdilər. Haman zəif adamlar ki, cəbrən qüvvətlilərə iş görürdülər və
onların naxoşlarına qulluq edirdilər, dəxi mümkün eləmirdilər və fürsət tapmırdılar
öz naxoşlarına kömək eləsinlər. Və bundan əlavə çünki
mərəzlərin əksəri sirayətedici idilər, adamlar naxoşluq tutmamaq qorxusundan
naxoşlardan uzaq olurdular və bəlkə naxoşlara mütəvəcceh olanlardan da kənar
gəzirdilər.
Bu işlərə də nəzər salandan
sonra pərvərdigari-aləm buyurdu: "Çünki mən xoşbəxtlik nə olduğunu insana
anlada bilmədim, qoy özləri nə tövr ki xahiş edirlər, elə də rəftar eləsinlər”.
Və bundan sonra xudavəndi-aləm dəxi bəni-növi-bəşərdən əl çəkdi. Çox müddət
keçdi və məxluq bilmədi nə eləsin xoşbəxt olmaqdan ötrü. Məhz bu yavıq
vaxtlarda adamların bəzisi başa düşdü ki, bunun əlacı zəhmətdir və bu zəhmətdən
nə qüvvətlilər lazımdır qorxub qaçsınlar, nə də zəif üçün bu zəhmət cəbr və
zülmət olmalıdır. Bu zəhmət gərək ümumi ola və bais ola insanın dilxoşluğuna və
ittihadına. Haman bəzi adamlar başa düşdülər ki, bu beş günlük dünyada – ki,
hər bir dəqiqə ölümü nəzərdə tutmaq lazımdır, – ağıllı adam odur ki, bu beş
günü məhəbbət və mehribançılıq ilə yola sala. Və haman bəzi adamlar bunu da
başa düşdülər ki, lazımdır ki, nəinki naxoşluq insanın biri birindən uzaq
düşməyinə bais olsun və bəlkə lazımdır onları biri birilə yavıq və mehriban
eləsin. Lev Tolstoy
Tərcümə edən: Cəlil Məmmədquluzadə