AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Yığmanın kapitanını satqınlıqda ittiham edirlər

Yığmanın kapitanını satqınlıqda ittiham edirlər

İdman
10 İyul 2020, 13:30 332
Gürcüstanın basketbol yığmasının kapitanı Tornik Şengeliya vətənində etirazla üzləşib. 
 
Kaspi.az xəbər verir ki, Şengeliya Rusiyanın ÇSKA klubuna keçib. Onun bu addımı Gürcüstanda böyük ajiotaj yaradıb. 
 
Gürcüstanın prezidenti Salome Zurabişvili də məsələyə münasibət bildirib. O da kapitanı qınayıb: "Gürcüstanın prezidenti kimi deməliyəm ki, yığmanın kapitanının Rusiya klubuna keçməsi mənim üçün qəbuledilməzdir”.
 
Rusiya nəhəngi gürcü basketbolçu ilə 3 illik müqavilə bağalyıb. Onun bu keçidi ictimaiyyət arasında da etiraz doğurub. Sosial şəbəkələrdə Şengeliya ittiham olunur, onu satqın adlandırırlar.