• çərşənbə axşamı, 19 mart, 15:27
  • Baku Bakı 8°C

“Yeni nəsil Axısqa türklərinin doğma torpaqlarına qayıtmaları üçün hər bir dəstək verəcəyik”

11.12.19 10:45 602
“Yeni nəsil Axısqa türklərinin doğma torpaqlarına qayıtmaları üçün hər bir dəstək verəcəyik”
"14 noyabr 1944-cü ildə Stalin tərəfindənyüzminlərlə Axısqa türkləri Gürcüstan ərazisindən zorla deportasiya olunaraq sovetlər rejimininmüxtəlif yerlərinəsürgün edilib. 20 mindən çoxinsan bu sürgün həyatında aclıqdan və soyuqdan ölüb. Çoxlarının məzar yerləri belə bilinmir”.
APA-nın yerli bürosunun məlumatına görə, TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Prezident Administrasiyası Kompleksinin Konqres və Mədəniyyət mərkəzindəAxısqa türklərinin deportasiyasının 75-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə bu fikirləri bildirib.
R.T.Ərdoğan deyib ki, Türkiyə Axısqa türklərinin hüquqları uğrunda mübarizəyə və yeni nəsil axısqalıların doğma torpaqlarına qayıtmaları üçün dəstək verməyə davam edir və bu məsələ Gürcüstanla, eləcə də Cənubi Qafqazla əlaqələrdə mühüm yer tutur.
Xaricdə Yaşayan Türklər və Qohum Cəmiyyətlər Təşkilatının (YTB) vəDünya Axısqa Türkləri Birliyinin (DATÜB) təşkilatçılığı ilə keçirilən tədbirdə Axısqa türklərinin həyatından bəhs edən sənədli film nümayiş edilib.
DATÜB sədri Ziyəddin Kassanov Axısqa türklərinin problemlərinə diqqət ayırdığına görə Türkiyə Prezidentinə təşəkkür edib.
YTB sədri Abdullah Eren bildirib ki, Axısqa türklərinin sürgün həyatından bəhs edən 75 şahidin iştirakı ilə "Şifahi tarixin öyrənilməsinə dair sənədli kitab” da hazırlanıb.
Qeyd edək ki, "Axısqa sürgününün 75 illiyi” proqramı çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Ukrayna və Türkiyədən 30 sürgün şahidi prezident Ərdoğanla görüşüblər.
banner

Oxşar Xəbərlər