AZE | RUS | ENG |


WBC prezidenti: “Səfər etdiyimiz ölkələrdə Azərbaycanı təbliğ edəcəyik”

WBC prezidenti: “Səfər etdiyimiz ölkələrdə Azərbaycanı təbliğ edəcəyik”
Bakıda keçirilən Dünya Boks Şurasının (WBC) 55-ci Konvensiyasının yekunu ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə WBC prezidenti Maurusio Süleyman paytaxtımızda görülən işlərlə bağlı hesabat verib.
 
Konvensiyanın Bakıdakı iclasından danışan Süleyman bildirib ki, qurumun üzvü olan bir çox insanlar Azərbaycana gələrək, fikir mübadiləsi aparıblar: "Hakimlər və münsiflər üçün iclaslar keçirildi. Tibbi və Hüquq Komitələri bir sıra mövzuları müzakirə etdilər. Həmçinin, təhlükəsizliyik məsələlərini danışdıq və 2018-ci il üçün tədbirlər planı təsdiq olundu”.
 
O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərindən də danışıb: "Azərbaycan prezidenti bizi çox isti qarşıladı. Xarizmaya malik böyük bir insandı. Milli Olimpiya Komitəsinin prezidentidi. Bu səbəbdən də idmana yaxındı. Onun verdiyi dəstək idmançılar üçün stimuldu. Ondan aldığımız mesaj çox xoş idi. Hər birimiz Azərbaycanı buranın səfirləri kimi tərk edəcəyik. Səfər etdiyimiz ölkələrdə Azərbaycanı tanıdacağıq və təbliğ edəcəyik”.
 
WBC prezidentinin sözlərinə görə, döyüşlərdən biri Bakıda keçiriləcək. O, bunun yaxın gələcəkdə baş verəcəyinə dair söz də verib: "Konvensiyanın Bakıda təşkil olunması və Azərbaycanın qurumu üzv olması bir başlanğıcdı. Yaxın gələcəkdə burada döyüşlərimiz də təşkil etməyi də düşünürük”.
 
Qeyd edək ki, Konvensiyaya federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırkı çempionatların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən artıq qonaq qatılmışdı.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN