AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Viruslar ailəsi

Viruslar ailəsi

26 Aprel 2020, 12:45 852
Nə qədər insan var, o qədər də düşüncələr, fikirlər var.  Xüsusilə də, heç nəyin aydın olmadığının tam qətiəşdirdiyi bir vaxtda. Koronavirusa baxmayaraq, biz bütün ailəmizlə birlikdə toplaşmağa qərar verdik. Çünki babamızın, yersiz olsa da, 95 yaşı tamam olurdu.
Əvvəlcə İvan Petroviçin yığıncağı ehtiyat edib təxirə salacağını düşündük. O isə, əksinə, həmrəylik göstərməkdən ötrü bütün ailənin bir yerə toplaşmağını istədi. Həmrəylik deyirsə, olsun həmrəylik! Bir halda ki baba belə qərar verib, heç kim bu həmrəyliyə etiraz etməyə cürət etmədi. Baba, sözün yaxşı mənasında, nüfuz sahibidir axı. O, həyatında o qədər dəhşətli şeylər görüb ki, elə ağır bir vaxtda onu dinləmək günah olmazdı.
Hamımız babagildə toplaşdıq. Zina xala əlində də bir dəstə qızılgül buketi nümayişkar şəkildə maska taxıb gəlmişdi. Onun əri özü içməsə də nümayişkar şəkildə iki şüşə araq gətirmişdi.
 
Bacım Alyona uşaqları Saşa və Paşayla gəlmişdi. Hamı da ona uşaqlarını gətirdiyini görə tənbeh edirdi.
Tuladan qohumumuz Vasili də gəlmişdi. Çünki o heç nədən qorxmur. Biz hər ehtimala qarşı onunla bir az məsafə saxlamaq və əlini sıxmamaq qərarına gəldik. Kim bilir o biri şəhərlərdə vəziyyət necədir. Həm də ki elektrik qatarında hərəkətin təhlükəli olub-olmadığını da bilmirdik.
Mənim həyat yoldaşım Marina hamıya qrip əleyhinə həblər payladı və bildirdi ki, uzaq başı onlar kömək edər. Hər kəs buna şübhəylə yanaşsa da, bir qutu götürdülər.
Çox nahaq yerə!
 
Mənim Marinamın bacısı Katya kürən pişiyini və bir az da müqəddəs su gətirmişdi. Hamı pişiyin nahaq gətirdiyini desə də, sudan heç kim imtina etmədi.
Hamı masa ətrafında əyləşdi. Günün sualı isə beləydi: necə yaşayaq, nə edək?
Koronovirusa baxmayaraq, hamının iştahası yaxşıydı. Süfrədə nə vardısa hamısından – salat, şoraba, siyənək, vetçinadan yeyir, babamız İvan Petroviç üçün bir birinin ardınca sağlıqlar deyirdilər. Bir anlıq sanki koronovirusu unutmuşdular ki, baba xatırlatdı.
 
Baba əlində badəsi ayağa qalxaraq dedi ki, gördüyü müharibələrlə müqayisədə koronovirus boş şeydi və əlbəttə ki, biz ona qalib gələcəyik. Qələbə qazanmaq üçünsə mütləq qələbəyə inanmaq lazımdır. Bundan başqa, əlləri yaxşı-yaxşı yumaq və mütləq şəkildə özünə inanmaq lazımdır.
Mən özüm özlüyümdə təkrar etdim: mütləq şəkildə özünə inanmaq lazımdır!
Biz ağıllı, dünyagörmüş babamızın sağlığına içdik. Amma nə onunla, nə də bir-birimizlə öpüşdük. Çünki bu keçicidir. Öpüşməyə başlasaq, dayana bilməyəcəyik.
Bizim Tuladan gələn qohumumuz bildirdi ki, əvvəlcə bunu bütün dünyanı ələ keçirmək üçün amerikalıların törətdiyini, indi isə yarasaların ucbatından olduğunu düşündüyünü dedi.
 
Katya onunla razılaşmadı. Dedi ki, yarasaların nə günahı? Hamısı Allahın cəzasıdır!
İvan Petroviç də onunla razılaşmadı. O, əvvəllər Allaha inanmadığını, sonradan, artıq ölümün həndəvərində olanda  Allaha və Allahın insanlara pis bir şey etməyəcəyinə inandığını, əskisinə, sevdiyini anladığını dedi.
Bu sözlərdən sonra ortalığa səs-küy düşdü. Hər kəsin, sən demə, öz Allahı, amerikalılar, yarasalarla bağlı öz düşüncələri varmış.
 
Bax elə burada mənim həyat yoldaşım Marina hamını həmrəy olmağa, mən onu buna görə çox sevirəm, çağırdı.
"Kimin Allaha inandığı, kimin inanmadığı, kimin hökuməti dəstəklədiyi, kimin ondan zəhləsi getdiyi, kim veterandı, kimsə sadəcə bizim Tuladan qohumumuzdur, bunun heç bir fərqi yoxdur, – dedi o. Mübahisə etmək lazım deyil. İndi hər birimiz öz daxilimizdə müharibə şəraiti elan etməli və dövlətin verdiyi tapşırıqları yerinə yetirməliyik. Mən məsələn, elə hamımız kimi varlıları sevmirəm və təbiətcə dəyişkən insanam. Lakin mən indi Avropayla da razılaşmağa hazıram. Baba düz danışmır: koronovirus boş şey deyil, o çox təhlükəli, bəziləri üçünsə hətta ölüm saçan düşməndir. Mən İtaliyada, İspaniyada baş verənlərdən dəhşətə gəlirəm. Dostlar, gəlin onların sağlığına içək".
 
Biz İtaliyanın, İspaniyanın, sonra Amerika xalqının, daha sonra Çinin də sağlığına içdik. Sonra bir neçə dəfə Rusiya, Moskva və ailəmizin sağlığına içdik. Mahnı oxuduq, indi xatırlamıram hansı mahnını, daha sonra ilk həmrəyliyimizi nümayiş etdirdik: bizim mahnı oxumağımıza dözməyib harasa qaçan kürən pişiyi axtarmağa başladıq.
 
Biz tez ayılmağa başladıq. Baba ailəvi görüşümüzü yüz il yaşamaq arzusunda olmasını deməklə yekunlaşdırdı. Bu isə o deməkdir ki, o, bu koronovirusu da, onun bütün törəmələrini də atlatmağa, hələ üstəlik qılınclamağa da hazırdır.
Hamımız onu ayaq üstündə alqışladıq, hətta xanımlarımızın gözlər də doldu. Mənsə İvan Petroviçə görə çox sevindim. Afərin  ona! O virusu qılınclamaq fikrindədir. Optimist adamdır!
 
Viktor Yerofeyev  
Rus dilindən tərcümə edən: Xanım Aydın