• şənbə, 27 Aprel, 03:16
  • Baku Bakı 14°C

Velosiped komandamızın üzvü Yeni Zelandiyada 2-ci olub

30.01.14 13:56 1149
Velosiped komandamızın üzvü Yeni Zelandiyada 2-ci olub
Velosiped Federasiyasından Milli.Az-a verilən məlumata görə, Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun almaniyalı üzvü Daniel Klemme Yeni Zelandiyada keçirilən "Cycle Classic" turunun 2-ci mərhələsində 2-ci nəticə göstərib. O, 143 km-lik mərhələnin qalibi, avstraliyanın “Drapac Professional Cycling” komandasının hollandiyalı üzvü Vippert Viterdən cüzi fərqlə geri qalıb və finişi 2-ci keçib.
Xatırladaq ki, velosipedçimiz ilk mərhələdə 95 iştirakçı arasında 12-ci olmuşdu. 2 mərhələnin yekununa əsasən, Daniel Klemme liderdən cəmi 15 saniyə geri qalır və 12-ci mövqedədir. Sabah keçiriləcək 3-cü mərhələdə işritakçılar 154.5 km məsafə qət edəcəklər.
banner

Oxşar Xəbərlər