Valeh Ələsgərov: Heydər Əliyev bütün problemlərin öhdəsindən gəldi

Valeh Ələsgərov: Heydər Əliyev bütün problemlərin öhdəsindən gəldi

Cəmiyyət
24 May 2019, 13:51 196
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı.
Trend-in məlumatına görə, bunu "Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən "dəyirmi masa”da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib.
V.Ələsgərov bildirib ki, o dövrdə səriştəsiz hakimiyyət Azərbaycanı çətin vəziyyətə salmışdı: "Bu gün ağızdolusu danışanlar o zaman Azərbaycanı hansı vəziyyətə gətirib çıxarmışdılar? Bax, bunu bilmək lazımdır. O zaman Azərbaycanda həm enerji, həm də qida təhlükəsizliyi ilə təmin edilmirdi”.
Sədr müavininin sözlərinə görə, Heydər Əliyev bütün bu problemlərin öhdəsindən gəldi.
V.Ələsgərov qeyd edib ki, investorlar üçün şərtlər aşağı salınmaqla əlverişli imkan yaradıldı: "Azəri-Çıraq layihəsi zamanı tanınmış hüquqşünaslar buna qarşı çıxdı. Halbuki həmin layihənin sonrakı müddətdə ölkənin iqtisadiyyatı üçün necə mühüm əhəmiyyət kəsb etməsi göz önündə oldu. Neftimiz dünya bazarına çıxarıldı”.