• şənbə, 27 Aprel, 06:23
  • Baku Bakı 12°C

Uşağını görsün deyə, təyyarə sifariş etdilər

21.06.18 13:45 995
Uşağını görsün deyə, təyyarə sifariş etdilər
Danimarka yığmasının üzvləri Peru ilə qarşılaşmadan (1:0) sonra komanda yoldaşları Yonas Knudsen üçün xüsusi təyyarə sifariş ediblər.
Kaspi.az xəbər verir ki, Knudsen ötən həftə ata olub. Futbolçular təyyarəni ona görə sifariş ediblər ki, Knudsen yeni doğulmuş övladını görə bilsin. Bu barədə məlumatı Danimarka yığmasının qapıçısı Kasper Şmeyxel verib:
"Biz məsələyə insanlıq prizmasından yanaşdıq. Komandada çoxlarının övladı var. Mən özüm də atayam. Yonasın, övladının doğulduğu ilə bağlı mesaj aldıqdan sonra orda ola bilmədikdə, hansı hisslər keçirdiyini təsəvvür etmək çətindi. Biz bu addımı atmaqla, istədik ki, Yonas yeni doğulmuş övladını görsün”.
banner

Oxşar Xəbərlər