AZE | RUS | ENG |

Ueyn Runi MLS klubunda çıxış edə bilər

Ueyn Runi MLS klubunda çıxış edə bilər
Hazırda İngiltərə "Everton"unda çıxış edən Ueyn Runi karyerasını ABŞ-ın "Di-Si Yunayted" klubunda davam etdirə bilər.

"Report"un "Washington Post"a istinadən məlumatına görə, 33 yaşlı hücumçunun nümayəndələri son bir neçə həftə ərzində "Di-Si Yunayted"lə danışıqlar aparıblar. 

Runinin Vaşinqton təmsilçisinə keçidi yarıbayarı qiymətləndirilir. ABŞ klubu forvardı hələ ötən il almaq istəyirdi. Lakin həmin vaxt ingiltərəli oyunçu "Everton"da qalmağa qərar vermişdi.

Qeyd edək ki, hazırda "Di-Si Yunayted" turnir cədvəlində sonuncu pillədədir. Ueyn Runi isə 119 oyuna 53 qolla İngiltərə yığması tarixində ən yaxşı bombardir sayılır. O, habelə 208 qolla Premyer Liqa bombardirləri arasında ikinci yeri tutur. Birinci pillədə 260 qolla Alan Şirer qərarlaşıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2029
TRY 1 Türk lirəsi 0.2991
KWD 1 Küveyt dinarı 5.6028
SEK 1 İsveç kronu 0.1885
EUR 1 Avro 1.9474
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000