AZE | RUS | ENG |

UEFA prezidenti Bakıda Avropa Liqasının finalının keçirilməsi qərarını dəstəkləyib

UEFA prezidenti Bakıda Avropa Liqasının finalının keçirilməsi qərarını dəstəkləyib
UEFA-nın prezidenti Aleksandr Çeferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını dəstəkləyib.
Trend-in məlumatına görə, UEFA prezidenti "Arsenal"ın yarımmüdafiəçisi Mxitaryanın "təhlükəsizlik" məsələsinə görə Bakıya gəlməməsindən danışıb. O bildirib ki, Mxitaryanın dedikləri Fransada "Avro-2016" keçirilən zaman dedikləri ilə paralellik təşkil edir.
UEFA prezidenti qeyd edib: "Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik".

Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda "Çelsi” və "Arsenal” komandaları üz-üzə gələcək.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892