• cümə axşamı, 09 may, 03:55
  • Baku Bakı 15°C

Türkiyəli nazir: Azərbaycan çox gözəl idman oyunlarına ev sahibliyi edir

12.05.17 15:00 1023
Türkiyəli nazir: Azərbaycan çox gözəl idman oyunlarına ev sahibliyi edir
Azərbaycan IV İslam Həmrəyliyi Oyunları da daxil olmaqla, çox gözəl idman oyunlarına ev sahibliyi edir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Gənclər və idman naziri Akif Çağatay Kılıc deyib.
IV İslam Həmrəyliyi Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gəldiyini deyən nazir bildirib ki, V İslam Həmrəyliyi Oyunları da İstanbulda keçiriləcək:"Çox fərqli bir İslam Həmrəyliyi Oyunları yaşayacağıq. Yüksək şəkildə keçiriləcək açılış mərasimini hamımız birlikdə izləyəcəyik. Daha sonra - 2021-ci ildə isə İstanbulda V İslam Həmrəyliyi Oyunları keçiriləcək".
Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
banner

Oxşar Xəbərlər