• cümə axşamı, 25 aprel, 02:36
  • Baku Bakı 19°C

Sülhməramlıların daha bir karvanı Rusiyadan Azərbaycana keçərək Xankəndiyə çatıb

30.11.20 09:00 417
Sülhməramlıların daha bir karvanı Rusiyadan Azərbaycana keçərək Xankəndiyə çatıb
Rusiya sülhməramlılarının növbəti karvanı Rusiya-Azərbaycan sərhədindən keçərək Xankəndiyə gəlib.
APATASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 28-də sülhməramlılardan ibarət şəxsi heyət, avtomobil və xüsusi nəqliyyat vasitələri, habelə digər maddi-texniki təchizat vasitələri Rusiyadan qatarla Azərbaycana yola salınıb. Sözügedən hərbi təchizat vasitələri və yüklər noyabrın 29-da Bərdə dəmir yolu stansiyasına çatıb. Daha sonra Azərbaycan hərbi polisinin müşayiəti ilə Xankəndiyə gətirilib.
Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirilib ki, hazırda bütün təmas xətti boyunca atəşkəs müşahidə edilir.
banner

Oxşar Xəbərlər