• çərşənbə axşamı, 19 mart, 12:07
  • Baku Bakı 8°C

Şәrlәyin alman polisini dә

14.11.19 16:51 2319
Şәrlәyin alman polisini dә
Müsavat Partiyasının mühacir rüsvayçılığıyla bağlı dəhşətli faktlar
Azərbaycanı müxtəlif bəhanələrlə tərk edib Avropaya sığınanların bəzisi sonradan özlərini "müxalifətçi”, "siyasi mühacir”, "jurnalist”, "demokrat” kimi qələmə verərək ölkəmiz əleyhinə təbliğatla məşğul olublar. Onların şübhəli sənədlərlə, müxalifət partiyalarının saxta arayışları ilə xaricdə oturum izni almaları dəfələrlə müzakirə mövzusu olub. Çünki, dünənə qədər heç bir siyasi fəaliyyəti olmayan, ictimai-siyasi proseslərə dair hər hansı fikrinə rast gəlmədiyimiz, varlığından belə xəbərdar olmadığımız biri qəfil Avropada peyda olur, radikal çıxışlar edirdi. Azərbaycanın beynəlxalq imicinə ləkə yaxmaq üçün dəridən-qabıqdan çıxan, söyüş çetesi, iaşə müxalifəti kimi ad qazanan, ölkə başçısına və dövlətə sadiq məmurlara qarşı qarayaxma kampaniyası aparan bu şəxslərin ermənipərəst dairələrin təsiri altında olması da heç kimdə şübhə doğurmurdu.


Bu günlərdə Avropa polisinin keçirdiyi əməliyyat "özümüzünkülər” barədə maraqlı məqamların gün işığına çıxmasına səbəb olub. Belə ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Yayılan məlumata görə, cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda, o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında ən azı 20 nəfəri qaçaq yollarla Almaniyaya aparmaqda şübhəli bilinirlər. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat Partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, "Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.


Bundan başqa, Azərbaycanlı mühacir Rəfail Priyev də Fransada saxlanılıb. Bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb. R.Priyev Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransadakı qaçqın düşərgəsində saxlanılıb. Azərbaycan vətəndaşının yaxın günlərdə Almaniyaya deportasiya edilməsi gözlənilir.

Almaniya polisinin siyasi mühacir alverində və saxta sənəd hazırlamaqda şübhəli bilinən azərbaycanlıların saxlaması ilə nəticələnən əməliyyat barədə Almaniya mətbuatında da məlumatlar dərc olunub."Spiegel” qəzeti yazıb ki, Almaniyanın Federal Polisi qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində ölkənin altı əyalətində 38 mənzil və ticarət obyektində axtarış aparıb. Prokuror Osnabrückun adından verilən açıqlamada tədbirlərin əsasən Şərqi Avropadan qanunsuz yolla gətirilən əcnəbilərə qarşı aparıldığı bildirilib. Şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılanların Ukraynadan qeyri-qanuni işçilər cəlb etdiyi vurğulanıb. Qəzetin yazdığına görə, 180 federal polisin Şimali Reyn-Vestfaliya və Hesse bölgələrində apardıqları axtarışlar nəticəsində məlum olub ki, Azərbaycandan da bir neçə dəstə burada qanunsuz yerləşdirilib. Köln, Düsseldorf, Frankfurt Main və Visbadendəki 13 obyektdə axtarış aparılıb və həbslər olub. Dəstənin Azərbaycandan ən azı 20 nəfəri qanunsuz olaraq Almaniyaya gətirdiyi, bunun müqabilində hər birindən 3000-10000 avro aldıqları qeyd olunur. Federal polisin tədqiqata bu ilin iyun ayından başladığı xəbər verilir.


Bu əməliyyat barədə Avropada mühacir həyatı yaşayanların özləri də sosial şəbəkədə məlumat paylaşıblar. Jurnalist Yafəz Əkrəmoğluda paylaşdığı statusda bildirib ki, federal polis Azәrbaycandan Almaniyaya mühacir daşıyan dəstəni ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evindә vә ofisindә axtarış edib, bir neçә nәfәr hәbs olunub: "Evlәrdә vә ofislәrdә axtarış Koblenç prokurorluğun sanksiyası әsasında hәyata keçirilib. Sanksiyada insan alveri ilә bağlı açılmış bir cinayәt işindә tәqsirlәndirilәn Azәrbaycan vәtәndaşlarının soyadları göstәrilir (ad göstәrilmir). Bunlar Xәlilbәyli, Hәsәn (soyaddır), Cavadov vә başqalarıdır. Cinayәt işinә әsaslanmış sanksiyadakı mәlumatların qısaldılmış forması belәdir: Azәrbaycan vәtәndaşı, tәqsirlәndirilәn şәxs, Xәlilbәyli әn azı 2015-ci ildәn bәri pul müqabilindә, saxta sәnәdlәrlә Azәrbaycandan Almaniyaya qaçaq adamlar daşıyıb. Onların indiyә kimi mәlum olan sayı 60 nәfәrdir. Xәlilbәyli minlәrlә avro qarşılığında onlara saxta siyasi mühacir sәnәdlәri dә verib. Güya hәmin şәxslәr siyasi sәbәblәrdәn Azәrbaycanda tәqib olunurmuşlar”.

Jurnalist bildirib ki, Xәlilbәyli soyadlı şəxs Avropaya gәtirdiyi adamlara özünü Almaniyada sözükeçәn biri kimi tәqdim edib: "Xәlilbәyli qaçaq yolla gәtirdiyi adamlara mühacir işi ilә bağlı necә davranmaları ilә bağlı tәlimatlar verib. Bundan әlavә, o, qurbanlarının әlindәn hәqiqi sәnәdlәrini alıb. O, hәmin şәxslәrin guya Azәrbaycanda siyasi sәbәbdәn izlәnmәlәri ilә bağlı saxta sәnәdlәri tәqsirlәndirilәn şәxs Hәsәn (soyaddır - İlham Hәsәn ola bilәr) vә tәqsirlәndirilәn Cavadovun vasitәsi ilә әldә edib. İndiyә kimi әn az 50 bu cür iş görülüb vә bu yolla 300.000 avrodan çox pul әldә olunub. Tәqsirlәndirilәn şәxs Hәsәn әn az 7 dәfә dolu paketdә Xәlilbəyliyә saxta sәnәdlәr göndәrib”.


Yafəz Əkrəmoğlu başqa bir statusunda baş verənlərə bu cür münasibət bildirib: "Yәqin ki, indi dә yeni bir sitat ortaya atacaqlar: "Bütün hallarda mübarizә Müsavatla Alman hökumәti arasında gedir" zad. Bu gün alman polisinin ifşa etdiklәrini mәn iki il әvvәl daha detallı şәkildә Müsavat Partiyası rәhbәrliyinә faktlarla, sәnәdlәrlә tәqdim etmişdim. Partiyadakı vicdanlı insanlar buna dәrhal reaksiya verdi, Arif Hacılı vә әtrafından hesabat tәlәb olundu. Tәbii ki, üzәrimizә gәldilәr. O vaxtlar partiya qәrargahının "ali kabinet"indә mәsәlәdәn çıxış yolu kimibizlәr "hökumәtin adamı" elan olunduq. Partiya üzvlәrinә deyәcәk söz, verilәcәk cavab yox idi axı. Әn gözәl çıxış yolu hәqiqәti deyәnlәri damğalamaq idi. O vaxtlar biz Müsavatda arayış mәsәlәsi ilә bağlı istәr qapalı qrupda, istәr açıqda yazanda, Arif Hacılınln trolları statusların altın İsa Qәmbәrin daxili rәqiblәrinә hesablanmış bu mәşhur sitatını paylaşırdılar: "İstәnilәn halda mübarizә Müsavatla hakimiyyәt arasında gedir". İndi sitatı dәyişmәnin zamanıdır. Şәrlәyin alman polisini dә. Deyin ki, İlham Әliyevә işlәyirlәr”.

Başqa bir jurnalist İlqar Vəliyev bildirib ki, qeyd olunanlar təsdiqini tapsa, Müsavat Partiyasının indiki rəhbərliyi istefa verməlidir: "İllərdir həyasızcasına üzə durub dirəşirdilər ki, bəs Mehdi AKM-də hüzr edəcək, bizə şər atmayın. Siyasi mühacir alveri ilə Almaniyadakı bir çox siyasi təşkilatlar məşğul olur. Onlara da növbə çatacaq”.

Vaxtilə Müsavat Partiyasının ictimaiyyətlə əlaqələrinə məsul olan Elman Fəttah yazıb ki, indi həbs olunduqları deyilənlərin və hələ adı çəkilməyənlərin də aid olduğu dəstənin "fake” siyasi mühacir işi ilə əlaqəli olduqlarından çoxdan şübhəli olublar: "Partiya rəhbərliyində təmsil olunduğum vaxt bu mühacir rüsvayçılığının davasını çox apardım. Heç nəyə nail ola bilmədiyimi anladığımda isə müavinlikdən istefa verdim. Anlaşılan hər şey gün üzünə çıxmağa başlayır”.

Müsavat başqanlığına keçmiş namizəd Yadigar Sadıqlı son iki ildə azsaylı həmfikirləri ilə birlikdə partiya daxilində apardığı mübarizənin çox ağır olduğunu qeyd edib. Bildirib ki, hakimiyyətə qarşı 19 illik mübarizə heç bu qədər ağır olmayıb: "Bu iki ildə baş verənlər mənəvi cəhətdən daha ağır idi. İllərlə çiyin-çiyinə mübarizə apardığın insanların eyhamına, şərinə, böhtanına, təhqirinə dözmək çox ağır idi. Hökumətdən mən şəxsən bu qədər böhtan və təhqir eşitməmişəm. Halbuki özümüz üçün heç nə istəmirdik. Bu gün baş verənləri sadəcə ehtimal edirdik və qarşısını almağa çalışırdıq. Bütün istədiyimiz Müsavat üçün idi, bütün təlaşımız Müsavatın adına, nüfuzuna görə idi. Hər nəyə əlimizi yelləyib sakit dura bilərdik. Amma məzarları Fransadan Sibirə qədər bütün Avrasiya materikinə səpələnən o əski müsavatçıların ruhu qarşısında duyduğumuz məsuliyyət imkan vermirdi. İçimi dağıdırdı o məsuliyyət. Çox təəssüf ki, bacarmadım”.

Türkiyədə yaşayan Müsavat üzvü Könül Şamilqızı Almaniya polisinin saxladığı müsavatçı dələduzlara görə "pis” olduğunu yazıb. Qeyd edib ki, onun kimi müsavatçıları bu alverçilər üzündən "daxili düşmən” elan ediblər: "2017-ci ilin əvvəlindən başlayaraq bu biabırçılığı Müsavat daxilində dilə gətirib etiraz edən, şəffaflıq, hesabatlılıq tələb edən hər kəs düşmən elan edildi, damğalandı, aşağılandı başında "rəhbər”lərin durduğu qaragüruh tərəfindən. Həyatımız, mübarizəmiz, illərimiz, bütün səmimi inanclarımız və düşüncələrimiz məhz bu dəllallardan hesabat istədiyimiz üçün yox sayıldı, əməyimiz bunlar üzündən itirildi. Bu alverçilərin elədiklərini eşitdiyim, sonra davranışlarını qrupda gördüyüm ilk günlərdə demişdim: mən bu biabırçılığa ortaq olmayacam - nəyə başa gəlirsə gəlsin. Bu, mənim Müsavata, Rəsulzadəyə borcum idi. Çox şükür, həqiqət parıldayır və biz utanası tərəfdə deyilik! Üzülürəmmi? Bu adamlar və məhz bu alverçiləri "fədakar”, bizi "düşmən” adlandıranlar adına zərrə qədər üzülmürəm. Amma Müsavat adına çox, çox, çox üzgünəm”.

Rufik İSMAYILOV







banner

Oxşar Xəbərlər