• çərşənbə axşamı, 19 mart, 11:26
  • Baku Bakı 8°C

Son sutkada 12 mindən çox insan pandemiyadan ölüb

05.12.20 09:31 377
Son sutkada 12 mindən çox insan pandemiyadan ölüb
Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda628mindən çox artaraq64,06milyonu ötüb.
"Report”un məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Eyni zamanda son sutkada dünyada təhlükəli infeksiyadan12mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-dan ölənlərin sayı1,5milyon nəfəri ötüb.
Təşkilata daxil olan məlumata görə, dünyada təhlükəli infeksiyaya64 603 428yoluxma və1 500 614ölüm haqqında məlumatlar daxil olub. Yoluxanların sayı bir gün ərzində628 592nəfər, ölənlərin sayı12 161nəfər artıb.
Gün ərzində yoluxmaların çoxu yenə də (293 320) Şimali və Cənubi Amerikanın payına düşür. Siyahıda ikinci yerdə Avropa (234 667), üçüncü yerdə cənub-şərqi Asiya (50 086) qərarlaşıb. Bu günə qədər sutkalıq rekord yoluxma noyabrın 14-də qeydə alınıb və667 964yoluxma təşkil edib.
banner

Oxşar Xəbərlər