• şənbə, 27 Aprel, 05:34
  • Baku Bakı 14°C

Salahın satılmasına görə Mourinyonu ittiham edirlər

27.04.18 10:25 620
Salahın satılmasına görə Mourinyonu ittiham edirlər
"Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Məhəmməd Salahın "Çelsi”dən ayrılması ilə bağlı danışıb.
Kaspi.az xəbər verir ki, "Çelsi”nin Salahı satmasına görə Mourinyonu ittiham edirlər. O, bunu təkzib edib və misirli futbolçunu satmaq qərarını klub rəhbərliyinin verdiyini bildirib:
"İnsanlar deyirlər ki, Salahın satılmasını klub rəhbərliyindən mən tələb etmişəm. Ancaq hər şey əksinə olub. Salahın alınmasını mən istəmişdim. Məhz mən "Çelsi” rəhbərliyinə dedim ki, Salahı alın.
Ancaq Məhəmməd bizə gələndə lap uşaq kimi idi. Fiziki, mental, sosial cəhətdən hazır deyildi. Hər şey ona çətin görünürdü. Biz qərara gəldik ki, onu icarəyə verək. O özü də bunu istəyirdi.
Amma "Çelsi” onu satmaq barədə qərar verdi. Aydındır? Onun satılmasına görə məni ittiham edirlər. Ancaq bu, yalandı. Mən onun icarəyə verilməsinə razılaşmışdım”.
"Çelsi”i Salahı 2014-cü ilin qışında 16,5 milyon avroya alıb. Bir il sonra "Fiorentina”ya, daha sonra isə "Roma”ya icarəyə verib. 2016-cı ilin iyununda isə "Roma” onu 15 milyon avroya alıb.
Məhəmməd "Çelsi”də cəmisi 19 oyun keçirib, 2 qol vurub.
banner

Oxşar Xəbərlər