AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sahil qəsəbəsinin küçələri dezinfeksiya edildi

Sahil qəsəbəsinin küçələri dezinfeksiya edildi

Cəmiyyət
23 Mart 2020, 11:51 1439
Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı şəhərində dezinfeksiya tədbirləri davam etdirilir.
 
Trend-in məlumatına görə, növbəti dezinfeksiya işləri Qaradağ rayonu Sahil qəsəbəsində aparılıb. Belə ki, qəsəbənin küçələri xüsusi kommunal texnikalar vasitəsi ilə yuyulub.
 
Bundan əlavə, gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, marketlərin ətrafı, məişət tullantıları üçün ayrılmış sahələr və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılıb.