• cümə, 29 Mart, 08:50
  • Baku Bakı 5°C

Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanıb

02.12.20 16:14 441
Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanıb

Sabirabadda yaşayış yerini tərk edən koronavirus xəstələri barəsində cinayət işi başlanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən reydlər zamanı COVID-19 virusuna yoluxmuş Sabirabad rayon sakinləri - 1964-cü il təvəllüdlü Əkbərov Qubad Əkbər oğlu, 1986-cı il təvəllüdlü Haqverdiyev Elçin Mirnəsib oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Xəyal Murad oğluyaşadıqları ünvanları özbaşına tərk etdikləri müəyyən edilib. Onlar yaşadıqları evlərə qaytarılıb. Toplanan materiallar əsasında hər 3 şəxs barəsində Sabirabad RPŞ-nin İstintaq və Təhqiqat İdarəsindəCinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması)maddəsi ilə cinayət işi başlanıb.
banner

Oxşar Xəbərlər