• çərşənbə axşamı, 19 mart, 15:13
  • Baku Bakı 8°C

Sabiq futbolçu mer seçildi

15.10.18 13:15 665
Sabiq futbolçu mer seçildi
PSJ-nin və Kot-Divuar yığmasının sabiq futbolçusu Boneventyur Kalu siyasətə qoşulub.
Kaspi.az xəbər verir ki, Kalu siyasətdə ilk uğurunu da qazanıb. O, Kot-Divuarın Vavua şəhərinin meri seçilib. Kalu bununla bağlı "facebook”da belə yazıb:
"Siyasətdə yeni düşüncə tərzinə ehtiyac var. Seçki marafonunda çirkli metodlardan istifadə edənlər nəyəsə nail olmayacaqlar.
Qələbə ilə qürur duyuram. Ancaq hər şeydən əvvəl atam - o böyük memar haqda düşünürəm”.
Onu da qeyd edək ki, Boneventyur başqa bir məşhur futbolçunun – Salomon Kalunun doğma qardaşıdır. Boneventyur iki dəfə UEFA kubokunun qalib olub.
banner

Oxşar Xəbərlər