Sabah küçəyə çıxmamaq tövsiyə olunur
Sabah bir sıra ərazilərdə dezinfeksiya işləri
aparılacaq.
May ayının 30-u səhər saatlarından etibarən şəhərin
mərkəzi və qəsəbələrdəki 300-dən artıq əsas küçə, prospekt və yollarda xüsusi
kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri
aparılacaq.
Bununla əlaqədar istifadə olunacaq maddələrin qəbul
olunmuş müəyyən toksikliyini nəzərə alaraq, sakinlərdən, ciddi zərurət yaranmadığı
təqdirdə, qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.